Xüsusi yazı

Bəlkə, mən düz eləmirəm?! – Fəlsəfi köşə


Etibar SalmanlıƏslində söz vaxtını çəkər deyiblər.

İki il bundan öncə dostumuz Rəbiqə Nazimqızının kitabını geniş ictimaiyyətə təqdim eləmişdik.

Pis də olmamışdı təqdimat. Dost-tanış kitabı almış və şairənin yaradıcılığından danışılmışdı.

Üzərindən bir neçə gün keçəndən sonra Rəbiqə xanımın təklifiylə kitabının yayımı ilə bağlı bütün işləri könüllü olaraq öz üzərimə götürdüm.  Oxumağa davam et

Xüsusi yazı

İt, dil və mən…


_DSC0146

İndi yazacağım yazıdakı hadisə təxminən iki-üç ay əvvəl baş verib.

Mən dünənlərlə yaşayan insan deyiləm.

Hər zaman ya bugünü ya da sabahları düşünürəm.

Yerində sayan adamlardan lap əvvəldən zəhləm gedir.

Oxumağa davam et

Xüsusi yazı

Guya ədəbi amma ki, elə-belə sayıqlamalar – 2


1374288_590923280946040_1352532642_nBirincini buradan oxu – LİNK

Monitora yaxın oturma, dost. Gözlərinə ziyandır. Çıx təmiz havaya, gəz, əylən, gəncliyini yaşa.

Nə görmüsən bu geydirmə ölkənin özü kimi geydirmə gündəmində? Oxumağa davam et

Xüsusi yazı

Guya ədəbi amma ki, elə-belə sayıqlamalar


1374288_590923280946040_1352532642_n

Foto: Rəvan Seyfulla

Monitora yaxın otur, dost.

Yəqin düşünürsən ki, Etibar əvvəllər bərk gedirdi Amerikaya gedəndən sonra isə öz sürət qutusunu N (neytral)-ə keçirib, sakitləşib.

Özüm ölüm deyirəm ki, elə deyil. Oxumağa davam et

Xüsusi yazı

Dünənlər və bugünlər – Bədii fəlsəfi esse


20150209_151345Orxan Ata”nın çəkib də yarıda saxladığı filmlərin birində istifadə etdiyi fikir yaddaşıma yazılıb.

“Mən bu yaşıma qədər götlü-başlı qar görmüşəm ki, məndən nəsə gözləyirsiz?”

İfadəni səhv yaza bilərəm. Orxan Ata da üzrlü sayar.

Hər halda Orxanla çox oturmuşluğumuz var. Oxumağa davam et

Xüsusi yazı

2014 necə keçdi və ya keçən ilə Etibarlı baxış…


122

 

 

 

 

Əslində, bu tip yazılar yazmaq çox xoşuma gəlir.

Çünki bu tip yazılarda elə hey tərifləyirsən özünü.

Tərif eşitməkdən daha gözəl bir şey varmı ki, bu dünyada?

Ataların sözünü bu yerdə yadımıza salırıq.

“Özün özünə əl çalmasan, sənə heç kim əl zad çalan deyil”…

Mən də 2014-ümün hesabatını verməyi özümə borc bildim. Oxumağa davam et

Xüsusi yazı

Yaxşı ki, Amerikaya gəlməmisiz yaxud yazı yazmaq lazımdır


usYaxşı ki, Amerikaya gəlməmisiz…

Giriş və yaxud bloqları işə salmaq lazımdır.

Hər bir işdə liderlik lazımdır. Nə edirsən et, necə yaşamaq istəyirsən yaşa, nəsə yaratmaq istəyirsən yarat bir dənə lider – öndə gedən lazımdır.

Azərbaycan tipli ölkələrdə, ümumiyyətlə, lider lazımdır.

Nədir lider? Oxumağa davam et

Xüsusi yazı
fto

Uşaqlıq gözəldir, fərqli olmasaq. (I yazı )


Uzaq zamanlarda, uzaq oğuz ellərindən birində, öküzlər inəylərini sevmədən qayırıb üçəz doğuzduranda, ellər içində el bəyənmədiyində, oğuz ellərinin birinin o birindən min (1000) bəyənilmə olduğu zamanlarda kiminsə “kiminsənin tırkasına gedib” 7-9 il iş almadığı dönəmlərdə “oxota” arağından içib sentimental bir yazı yazmışdım.

O yazını yazmışdım və başgan ləqəbli xanım aktivistka mənə yazmışdı ki, səni dostluqdan silirəm, tək xahişim ailəmlə işin olmasın. Oxumağa davam et

Xüsusi yazı
cc

Cəlilin “Qadın corabları”…


Uzun müddətdən sonra yenidən bloqumu işə salmağı qərara almışam. Bundan belə ciddi bildiyim mövzular haqqında bloq yazıları yazacağam.

 

Giriş

 

İlk öncə Cəlil Cavanşir mənim üçün kimdir onu qeyd edim sizin üçün.

Cəlil mənim üçün yaxın bir dost, böyük qardaş, problemim olanda zəng edə biləcəyim tək-tük insanlardan biridir.

Oxumağa davam et

Xüsusi yazı
etibar

Azadlıq fahişə kimidir


Əslində, hər zaman azadlığın tərəfdarı olmuşam. İnsanın azad olması onun inkişafına təkan verən əsas qüvvələrdən biri, birincisi saymışam Qaldırdığımız problemlərin kökündə kimlərəsə (valideynlərə, müdirlərə, sədrlərə, liderlərə) nələrəsə (dinə, milli adət-ənənələrə, mentalitetə) bağlı olmağımız yaxud bağlamalarıdır. Bizi inkişafdan geri qoyan ən əsas faktorlar bunlardır. Insanlar əgər özlərini heç bir tabuya, heç bir insana bağlı olmadığını anlasa ideallarının uğrunda mübarizəyə başlayacaq. Onları reallaşdırmaq üçün qüvvəsini səfərbər edəcək. Hazırda Azərbaycanımızda isə söhbəti bağlayıb qoyublar bir qırağa. Üstü bağlı kitab kimi rəflərin birinə qoyulub. Üstünü toz basır. Gənclik inkişafa meyilli olmalıdır, yenilikçi olmalıdır. Müəyyən bir təbəqə o yol ilə addımlayır. Ancaq azlıq istər istəməz vəya zorla çoxluğa tabe edilir. Ancaq bu sitatı da yaddan çıxarmayaq : “Azadlıq fahişə kimidir. Ancaq, bu o demək deyil ki, insanlar onu , onlar üçün sərbəstlik olmasından sui-istifadə edib zorlamalıdırlar!” Yayın əvvəllərində Facebookda statuslara nəzər edirdim. Dost siyahımda olan “dost”ların əksəriyyəti parklarda skameykaların cütlüklər tərəfindən “zəbt edildiyini” , niyə məhz sevən insanların onların qarşısında əyləşdiyi haqqında oxşar statuslar yazırdı. Bu dostlarımı anlamadım  sevən cütlüklər nə etsin ki, ölkədə onsuzda normal park mədəniyyəti formalaşmayıb,birgə gəzən cütlüklərə camaat “marağla” baxır, kitab oxuyana da həmçinin. Yadımıza biranlıq Eurovision ərəfəsinin Bakısını salın. Xalq hamılıqla küçələrə tökülüşmüşdü. O ərəfələr şəhərdə gəzə bilmirdim əsasən ofisdə vəya evdə otururdum. Nəsə! Yayda hava sərin olanda çıxıb biraz şəhərdə gəzirdim. Ümumiyyətlə avqust ayınının böyük əksəriyyətini küçələri gəzib xalqımızı müşahidə etməklə keçirmişəm. İçərişəhər metrosundan aşağıda yerləşən Filarmoniya bağında gəzərkən bir  cütlük gördüm. Skamyaların birində oturmuşdular. Qız da başını sevdiyi oğlanın çiyninə qoymuşdu. Əslinə qalanda ictimaiyyəti ciddi bir şəkildə təhdid də etmirdilər. İctimai asayişlə heçbir işləri yox idi. Sadəcə oturmuşdular. Milli-mənəvi dəyərlərimizin keşikçilərindən birinin yaxınlaşıb qardaşı, ümumilikdə cütlüyü  narahat edəcəyini, istirahətlərini pozacağını düşünüb üzbəüz skamyaların birində əyləşib gəlib gedənlərə baxırdım. Heyf ki, üzərimdə kamera yox idi ki, o anları kameranın  yaddaşına köçürüm.  Axırda gözlədiyim an gəldi ancaq gözlədiyim kimi cütlüyə yaxınlaşan bir xalamız qardaşı biraz qırağa çəkərək: “Sevgilini apar evə nə istəyirsiz edin, burda belə şeylər etməyin. Sevgilisi, əri olmayanı var” söylədi… Qardaşı bilmirəm ancaq mən şəxsən şokda idim. Xalamızdan belə yenilikçi bir fikir eşidəcəyimizi gözləmirdim. Neftçinin Avroliqaya nə zamansa vəsiqə qazanacağına inanırdım ancaq xalamızın bu fikiri səsləndirdiyinə inanmırdım. Qardaş heçnə demədi sevgilisini götürərək parkdan uzaqlaşdı. Ancaq həyatda möcüzə bir dəfə olur… Mən vicdan əzabı çəkirəm. O xala ilə tanış olmadığım üçün…

http://1937.az/view/1363#.UvXVHWJ_uE0

Xüsusi yazı
Etibar Salmanlı

Dəstə halında darıxmaq


Bu yaxınlarda oxuduğum kitabların birində əsərin qəhrəmanı deyirdi ki, dəvət edildiyim rəsmi tədbirlərə, qonaqlıqlara, konsertlərə getmirəm. Bu yığıncaqlar, artıq məni bezdirir. Bu yığıncaqlarda fərdi halda darıxanlar, bir yerə yığışaraq dəstə halında darıxırlar. Oxuduğum kitabın adını qeyd etmirəm, reklam və ya anti-reklam ola bilər.

Ancaq inanın ki, o boyda kitabdan – hardasa 380 səhifə həcmi vardı – ağlımda qalan əsas frazalardan biri, ya da birincisi bu oldu: “Dəstə halında darıxmaq”. Biz, xalq olaraq, elliklə darıxırıq. Bunun da əsas səbəblərindən biri boş vaxtlarımızı səmərəli istifadə edə bilməməyimiz, əyləncədən uzaq olmağımız, gənc ikən qocalmağımızdır.

Elə bir boz ölkədə yaşayırıq ki, burda ən birinci məsələ əyləncə və ya əyləncəsizlikdir. İnsanların getməyə, istirahət günlərini keçirməyə yerlər, ya çox azdır, ya da çox əlçatmazdır. Rəsmi dövlət bayramları olan günlərə fikir verin. O günlər şəhərin mərkəzində, sözün əsl mənasında anşlaq olur.

Hamı öz həyat yoldaşını, məşuqəsini, sevgilisini, uşaqlarını qoltuğuna vurub, mərkəzin yolunu tutur. O günlər əhalinin əsas hissəsinin “Koroğlu” metro stansiyasında vaqonları tərk edərək, evlərinə sarı yol almalarına fikir verin. Bakı kəndlərinin sakinləri “Koroğlu” metrostansiyası ətrafında dayanan avtobuslardan istifadə edərək, evlərinə çatırlar. Onları qınamaq olmaz. Sevinmək, bayram etmək üçün bəhanə lazımdır. Rəsmi bayramlar da bu rolu oynayırlar.

Hər kəs darıxır, hər günündən giley edir. Kimi dindirsən, çoxu darıxdığını bildirəcək. Sosial şəbəkələrə nəzər yetirsəniz statusların əksəriyyətinin “darıxıram” tipində olduğunu görəcəksiniz. Şəhərin mərkəzində yerləşən restoranlara diqqət yetirin. Hər birində adam əlindən tərpənmək olmur. İnsanlar darıxırlar, eyni həyat tərzindən, eyni geyimdən, eyni olmaqdan, darıxdırıcı olmaqdan darıxırlar. Həyat yeniliklərlə dolu olanda maraqlı olur.

İnsan öz həyatını rəngləndirməlidir. İnsan həyatını özü üçün, ətrafı üçün gözəl, maraqlı etməlidir. Nə qədər eyni üzü görmək, eyni söhbəti eşitmək olar? Ancaq yenə də ayrı ətrafları olmadığından, eyni insanlarla görüşüb, eyni məkanlarda oturub, eyni söhbətləri müzakirə edərək “dəstə halında darıxırlar”.

Biz “istirahət etmək” ifadəsini özümüz üçün tam aça bilməmişik. Bizə elə gəlir ki, “istirahət etmək” hansısa restoranda oturub mədəni doldurmaq, bir-birimizə odlu-alovlu tostlar deməkdən ibarətdir. Biz sevdiyimiz insanın əlindən tutub hansısa bir teatra, filmə aparmağı özümüzə ar bilmişik.

Son dövrlər kinoteatr mədəniyyəti inkişaf etsə də, teatrlarımız hələ də istirahət günlərində gəzintiyə çıxmış paytaxt sakinlərinin yolunu gözləyir.

 

http://1937.az/view/1223#.UvXVLmJ_uE0

Xüsusi yazı
Etibar Salmanlı

Ədəbiyyatımız Azərbaycan çərçivəsindədir… Müsahibə


Ədəbiyyatımız Azərbaycan çərçivəsindədir… Müsahibə

Etibar Salmanlı

Etibar Salmanlı

Düşünürəm ki, bizim yerli ədəbiyyatımız özümüzə məxsusdur. demək olar ki, ədəbiyyatımız Azərbaycan çərçivəsindədir və o çərçivədən çıxmaq istəmir.

Şəxsən özünüzü, tanışlarınızı, şəhərinizi bu mətnlərdə nə qədər tapa bilirsiniz ?

Son zamanlar fikir verirəm ki, bizdə əsasən çatışmayan cəhət biz müasir həyatımızdan yazmırıq. Hələ də bir çox yazarlar nənədə, babada, təndirdə, kənddəki həyətlərində olan toplanda qalıblar. Bizə urbanistik yazılar, əsərlər lazımdır. Var ancaq daha da çox olmalıdır.

Müasir Azərbaycan ədəbiyyatında ən sevdiyiniz müəllif kimdir ?

Bir nəfər adı çəkmək bir az düzgün olmaz fikrimcə. Mənim müasir Azərbaycan ədəbiyyatında favorit yazarlarmı nəsrdə Pərviz Cəbrayıl, Seymur Baycan, Şərif Ağayardı nəzmdə isə Salam Sarvan, Aqşin Yeniseyi, Qisməti çox bəyənirəm. Ümumi götürsək isə Axundov və Cəfər Cabbarlını oxumaqdan doymuram.

Son illər yerli ədəbiyyatın ən uğurlu və uğursuz kitabları hansılardı ?

Düşünürəm ki, son illərin ən uğurlu kitabları Pərviz Cəbrayılın “Yad Dildə”si, Seymur Baycanın “Quqark”ı, ən uğurlu romanlardır. Uğursuzları isə düşünürəm ki, demək etik olmaz.

Bizim yazarlar tez-tez “Azərbaycanda yazmaq olmur”, “dəyər bilmirlər”, “yazardım ama layiq olmuyanlar üçün yazmıram” deyir. Bu sözlərin əsası var ya onlar sadəcə yazmamağın bəhanəsidir ?

Mənim fikrimcə boş söhbətdir. Azərbaycanda yazmaq olur sadəcə bizim xalqımızın ən əsas dərdi tənbəllikdir. Başqa problemlər də var ancaq əsaslarından biri işə can yandırmağa həvəsin olmamasıdır. Sualın ikinci hissəsinə isə belə fikir bildirərdim ki, biz yazdığımız, yazacağımız kitabın kimə layiq olub-olmadığını bilə bilmərik.

Azərbaycan ədəbiyyatı və Nobel sözləri yan- yana gələndə üzlərdə təbəssüm yaranır. Sizcə biz nə vaxt bu sözləri birlikdə işlədə biləcəyik ?

Mütləq. Əslində Azərbaycan ədəbiyyat Nobelini almağa şanslı ölkədir. Bir çox yaxşı “yazan” yazar var. Sadəcə bir az strategiyanı dəyişmək lazımdır.Bizdə köhnə nəsildən heç kim Nobel bundan sonra almayacaq. Məsələn Kamal Abdullanın əsəri guya Nobelə yaxınlaşmışdı. Bizim köhnə yazarların yazdıqları Nobelin “N”-sına belə yaxınlaşa bilməz. Mən düşünürəm ki, yaxın 10 ildə Azərbaycan yazıçılarından biri Nobel mükafatı alacaq. Amma kim alacaq onu daha bilmirəm.

Hər gün evdən çıxanda mütləq yanınızda kitab olurmu ?

Mütləq əlimdə kitab olur demək olar. Kitab da olmasa əlimdə qazet oxunası hansısa bir oxunası yazı materialı olur. Son dövrlər daha bir inqilabi dəyişiklik eləməyə çalışıram mobil telefonuma və İPoduma audio booklar yazaraq qulaq asıram. Bunlardan hansısa olmayanda isə yazacağım yazını beynimdə müzakirə edərək uzağı yaxın etməyə çalışıram.

“13” adlı yeni kitab hazırlanıb, siz də daxil olmaqla 13 müəllifin hekayələri var. Bu kitabda ən sevdiyiniz hekayə hansı oldu ?

13” kitabını artıq oxumuşam və deyərdim ki, kitaba seçilmiş bir çox hekayəni bəyənmədim. Yəqin ki, tənqidçilərimiz və yazarlarımız kitabı oxuyaraq fikirlərini yazacaqlar. Ən çox bəyəndiklərim isə Elçin Mann-ın “Hörümçək” və Mövlud Mövludun “Qara Bayram” hekayələri oldu. Öz yazdığım hekayənin keyfiyyətindən də əminəm inanıram ki, “13”-ün ilk 3-lüyünə düşəcək.

Günümüz ədəbiyyatı çox müzakirə edilir. SSRİ dövrü ədəbiyyatımız necə ? Sizin üçün maraqlıdırmı ? Həmin dövürdən hansı kitabları bəyənmisiniz ?

Düşünürəm ki, o dövrün ədəbi əsərlərinin bir çoxu təbliğat maşınını yanacaq ilə təmin edən əsərlərdir. Ancaq bir sıra gözəl əsərlər də var. Yaxın gələcək üçün planım o dövrü yaxşıca araşdırmaqdır. Ancaq hazırda əsasən çox az oxuyuram o dövrün əsərlərindən ona görə konkret bir əsər adı çəkə bilməyəcəm.

Noyabr ayında hansı kitabları oxumusunuz ?

Noyabr ayında Remarkın “3yoldaşı”nı və “Zəfər tağı”nı, Əli Amirin “Yasəmən”-nini, Seymur Baycanın “Ana ürəyi”ni, Əli Novruzovun bu yaxınlarda çapdan çıxacaq 7hekayə”sini, gənc yazarların hekayələrindən ibarət “13 kitabını oxumuşam. Yazdığım yazılar üçün isə Qoderzi Çoxelinin “Küknarlara məktub” və Enes Türkoğlunun “Hasan Sabbah-Alamut kalesi və Cennet fedaileri” əsərinin bir sıra fəsillərini yenidən təkrarən oxumuşam.

Oxucularla müsahibələr

Gənc yazarların “13”adlı hekayələr kitabı

Bəs hansı kitabları almısınız ?

Seymur Baycan “Ana ürəyi” kitabını bu ay almışam. Yuxarıda adlarını çəkdiyim kitabları isə dostlar hədiyyə ediblər.

Oxucularımıza mütləq oxunmalı kitabları kimi hansı kitabların adını çəkə bilərsiniz ?

Bir qədər subyektiv kimi çıxır ancaq deyə bilərəm ki, Volterin “Kandid” əsəri, Tolstoyun “İnsan ne ile yaşar” hekayələr toplusu, Mopassanın hekayələri və “Əziz dost” romanını, Floberin “Madam Bovari” əsəri, Remarkın “Qərb cəbhəsində yenilik yoxdur” , “3 yoldaş” və “Zəfər tağı” və s. kitablarını qeyd edə bilərəm ancaq tam olaraq bir böyük siyahı yazmaq olar bu sualla bağlı.

 

Mühacirətə gedən gedənədi. Azərbaycan yazıçılar üçün çox təhlükəli bir ölkədirmi ?

Azərbaycan bəli çox təhlükəli ölkədir. Demirəm ki, burda sizi öldürəcəklər. Ancaq burda mənəvi zorlamalar var fərqli adamlara qarşı. Xəbər saytlarında hər gün gördüyümüz zorlama xəbərləri çoxluq təşkil edir ölkədə ancaq inanın ki, fiziki zorlamadan 4-5 qat daha çox mənəvi zorlama var. Məhz yazarların burda yaza bilmirəm deməklərinin səbəblərindən birin də budur. Çünki Azərbaycan cəmiyyətinin 90-95 faizi 1700-ci illərdə qalıb və bu geridə qalmışlığın fonunda azad mühitin yaradılması qəliz məsələdir. Bir çoxuna da bu sərf edir. Çünki qara xalq nə qədər gerikafalı olsa o qədər daha rahat idarə edilər.

Yazıçılıq planlarınız var ?

Bəli ədəbi iddiam da planlarım da var. Əgər müstəsna bir hal baş verməsə üzümüzə gələn ilin ortalarında hekayələrimdən ibarət bir kitabım çap ediləcək. İlin sonunda isə araşdırdığım bir mövzu var onu kitab halında çap edəcəyəm.

Mənim üçün ən müqəddəs kitab öz yazdığım kitab olacaq demişdiniz. Bu fikir davam edir ?

Əlbəttə, fikrimin arxasındayam. Hər kəsin öz yazdığı özü üçün müqəddəs olmalıdır. Kiminsə yazdığı kitaba sitayiş etmək bir balaca mənə gülməli gəlir. Dünyada ən dəyərli varlıq insandır və hər kəs  öz dəyərini bilməlidir. Ola bilər ki, mənim yazdığım kimin üçünsə boş mənasız söz ifrazı kimi gələ bilər buna da münasibətim çox yaxşıdır. Hərə özünü inkişaf etdirməlidir. Mən o fikri söyləyəndə əsasən bunu nəzərdə tutmuşdum sadəcə çoxu anlamadı hətta cümlənin əvvəlində olan “mənim fikrimcə” ifadəsinə də fikir vermədilər. Ancaq nə edək xalqımız belədir də. Böyük bəyin sözü olmasın gedib Fransadan təzə xalq gətirəsi deyilik ki. Olanımız budur.

Söhbətləşdi: Arzu Məmmədova

Mənbə : Müsahibə

Xüsusi yazı
etibarli

Etibarlı Mənbə”dən “Açıqlama”


Salamlar olsun hamınıza.

Nə zamandır bloquma və bloqumu izləyənlərə hörmətsizliklər edirəm.

Bloqum boş qalıb.

Qeyd edim ki, hazırda GİPA (Caucasus School of Journalism & Media Management)-də magistratura (master degree) oxuyuram. Sentyabrın 16-sı başlayan dərslər sürətini azaltmadan davam edir və bu mənim böyük bir zamanımı alır. 

Gənclərin Səsi Radiosu”-nun “GSR TV” layihəsinin operator, jurnalist və montajçısıyam bu da uzun müddət zaman tələb edən bir işdir.

Dişlərimdə problemlər var bu da məni zamandır narahat edir və zamanımı alır.

Bu qeyd etdiyim məsələlər vaxtımı aldığımdan nə zamandır yazı yaza bilmirəm.

Bir az iş/yazı planlarımdan yazıb sizi məlumatlandırım.

  1. “Zero nəşriyyatı”-nın və Pərviz Əzimovun təşəbbüsü ilə “13” adlı hekayələr kitabında bir hekayəm çap alınacaq. 13-cü hekayə mənimdir. Bu kitab mənim kağızda ilk çap edilişimdir. (hekayə formatında)
  2. Ədəbi/mədəni saytların birində yaxın 10 gündə mütəmadi olaraq köşələr, kitablar haqqında və ən əsası “Zevsə Məktublar” adlı silsilə yazılarım çap ediləcək.
  3. “Etibarlı yayınları”nın işi olan blogger Əli Novruzovun “7 hekayə” adlı hekayələr kitabı ilə qarşısınıza gələcəyəm və bu “ədəbi agentlik” məsələsində də ilk işimdir.
  4. “Alatoran” Jurnalının redaktorluğu məndədir və dekabrın ortası “Alatoran” jurnalı yeni dizaynla hüzürunuzda olacaq.
  5. Gələcək il üçün problemlər olmasa hekayələr kitabımın çapını düşünürəm.
  6. Bütün işlərim bloquma yerləşdiriləcək və bloqum əsasən arxivimə çevriləcək.
  7. Və sair və ilaxır.

 

Ps. İndi biri yazını oxuyub yazacaq, deyəcək ki, Etibar yenə də özündən razılıq edir zad. Belədə ki, kimin ürəyi nə istəyir düşünsün mən xoşbəxt olduğum yerdəyəm və etdiklərim özümə çox xoşdu. Bu işdə məni dəstəkləyənlər də kifayət qədərdir. Ona görə kimin xoşuna gəlmirəmsə, yazdıqlarımı bəyənmirsə məni ignor, blok edə bilər.

Pss. Ürəyinizin rahat olduğu yerdə olun. Kimlərinsə sizin üçün nə deməsinə fikir verməyin. Sizin durumunuzu sizdən başqa heçkim anlaya bilməz.

Hamıya uğurlar.

Etibar Salmanlı(Etibarlı)

Xüsusi yazı
afrodita

Afroditanın məktubu


Salam əziz və hörmətli Etibar Salmanlı.

Necəsən, kefin necədir?

Ümidvaram ki, yaxşısan.
Yaxşı olmaqla bərabər hem də gözəl ol.
Havalar necədir orda soyuqlar düşdümü?
Dünən mamayla evi yığışdıranda gördük ki, atamın emaili açıq qalıb. Anamı tanıyırsan da, Heranı deyirəm. Dəhşət qısqancdır. (Oxu : Qədim Yunanıstan mifləri və əfsanələri, N.A. Kun, səhifə 42, Bakı 2008) Papanın bütün işlərinə qarışır, facebookunun da parolu mamadadır. Yazıq kişi rahat ora-bura heç simşək də ata bilmir. Əsl tükəzbanlıq edir mama.

Nəisə gördük ki, papayla məktublaşırsan.

Sən öl, mən ölüm ki, əsəbimdən partlayıram. Ala yekə oğlansan mənim kimi cool, gözəl, göyçək sevgi ve gözəllik tanrısını qoyub qoca kişiylə nöş dərdləşirsən? Ne olar ki indi men nude art fotosessiya etdirmirəm, facebookda çox olmuram, ask.fm de gic-gic suallar vermirəm deyə məni unutmalısan?

Sizin kişilərin hamısı belədi də o dəqiqə ən yuxarıya göz dikirsiz! Aşağılar daha maraqlı olur amma bəzən. Zevslə, papayla aranı yaxşı edib Tanrı olmaq istəyirsən? Alınmaz e, sizdə bircə Dədə Qorquda oxşayan blogger var e Ali Novruzov o da yuxarıynan gedirdi bax indi oturub hansısa azərbaycan yazar ve yazarkalarının kitablarını tipa ədəbi tənqid edir.

Etibar özüm ölüm, sən öl deyirəm ki, papanı tanımırsan sən. Papamı mən tanıyıram avaranın yekəsidir. O qeder söz verib etməyib ki. İşi gücü siz tərəfə şimşək atıb yollarınızı sel etməkdi,meriniz var a Xacıbala onla məzələnir.

Bir ara Dionisin spirtsiz içkilerinin baş sponsorluğu ilə ədəbiyyat jurnalina ba. redaktorluq eledi. O da alınmadı, çünki ancaq öz sevgililərinə verirdi qonararları o geydirmə yazarkalar da geydirmə yazılar, köşələr yazıb pul alırdılar.
Papa mənim ömrümə oturub imkan vermir rahat şekildə sevgililərimlə görüşüm. Ora getmə, bura getmə,Dionislə görüşmə, evə tez gəl deyir ancaq. Indi də dinimizə teze qanun getirmək istəyir ki, qadınlar hicab deyilen bir şey taxsın.
Yəni ki, sənin kimi democrat, azad düşüncəli biri üçün atam çox mühafizəkar ve mövhümatçı biridir.
Sən ən yaxşısı gəl mənə və qardaşım Dionisə qoşul. Biz bu olimp dağının ziyalılarının yığıncağını təşkil edirik. Qonaqlıqlar, partylər zad. Sən istəyən hər şey bizdədi.
Özündən muğayat ol reis.( Sən axı deyəsən belə müraciət etməyi və edilməyi xoşlayırdın)
Dionisin də salamı var, deyir son günlər ardıcıl qonaqlıqdayam vaxt olmur sənə yazım.
Dədəmin başını burax daha.
Uca Zevsin qızı gözəllik və sevgi ilahəsi, Allahı həmişə gözəl Afrodita.
Olimp dağı

 

Bunları da oxu :

Zevsə məktub 1 

Zevsə məktub 2

Zevsin cavab məktubu 1 

Xüsusi yazı
way

Vicdan qorxuya verdiyimiz ikinci addır


Vicdan qorxuya verdiyimiz ikinci addır.

Bu fikri mənə dostlarımdan biri demişdi nə zamansa.

İlkin olaraq eşitdiyimdə dostumuzun məni vicdansız və ya qorxaq adlandırdığını düşünmüşdüm.

Sonradan  isə fikri dəqiqləşdirəndə özünə aid etdiyini dedi.

Qəliz söhbətdir.

Hər adamın anlayacağı bir cümlə deyil.

Ağır fikirdir.

Ağır olmasını ona görə deyirəm ki, bu fikri biz Elçin Mann ilə az qala iki saatdan çox müzakirə etdik. Mən fikirə Tolstoydan sitatlar gətirdim. Elçin Tolstoya və mənə hörmət edib Dostoyevskidən sitat gətirib məni düşüncəyə salmadı. Bilir Dostoyevskini çox da bəyənmirəm. Ancaq insan faktoru üzərindən xeyli müzakirə elədik. Oxuyub beynimizə yazdığımız kitabları varağladıq, gördüyümüz hadisələri sübutlar kimi ortaya atdıq ancaq yenə bir nəticə hasil olmadı. Sonda bir nəticəyə gəldik ki, mən indi bu oxuduğunuzu yazını yazacağam sonra isə Elçin öz fikirlərini başqa bir yazıda yazaraq cavab verəcək.

Cavab verəcək, verməyəcək bilmirəm. Əhval adamıdır işini bilmək olmaz.

Ancaq mən öz fikrimi yazmağa başladım artıq.

Bir yazı yazmışdım “Yolun yarısı” adında. Çox mənasız, bezdarnıy yazıdır. O yazını qrabitel, tufeyli yazmalı idi ancaq mən yazdım. Ümumən də düşünürəm ki, o yazı mənim ən gözəl bloq yazımdır.  OXU – LİNK

O yazımın ən əsas məğzi o idi, insan öz istədiyini etməlidir. İstəklərinin arxasında qaçmalıdır, idealları üçün vuruşmalıdır. Beyinlə yox ürəklə düşünməlidir. Ürəklə düşünənlər səhvlər edir, hisslərlə hərəkət edirlər. Səhv etmək faizləri yüksəkdir.

Beyinlə düşünənlər səhv etmir guya?

Mən sizə beyinlə səhv edənlər yüzlər, minlər göstərərəm. Onlara inanmasaz öz həyatımda yüz ölçüb, bir biçdiyim amma sonda fiasko olan N qədər misal göstərərəm.

Mən özümü qismən uğurlu bir insan sayıram ancaq uğurlarımın hamısı ürəyimi dinləyib getdiyim yerlərdən gəlib.

Qayıdaq yenidən Vicdan və Qorxu söhbətinə.

Tolstoyun “İnsan nə ilə yaşar” əsəri var. Hekayələr toplusudur. Dünya ədəbiyyat tarixinin şedevr əsərlərindən biridir o toplu. Məhz o topluda insanın necə yaşadığını, insan hisslərini təsvir dahi ustad. İnsan hisslərini təsvirinin pik həddini iki nəfərdə gördüm. Biri Dahi Mopassanda digəri isə Tolstoyda.

Tolstoy adını qeyd etdiyim əsərlərində insanların qorxusunu, vicdanını elə təsvir edib ki, bir daha heç kim o təsvirin yaxınına da gedə bilməyəcək.

İnsan qorxur. İnsan elə bir məxluqdur ki, qorxusuna istədiyi adı verə bilər.

Vicdan da elə o adlardan biridir.

Tolstoyun qəhrəmanlarından biri yolnan gələrkən kilsənin hasarının yanında lüt bir kişi görür. Havanın soyuq olduğu halda kişinin lüt olması və donma həddində olması ilk olaraq insanda mərhəmət hissi yaradır sonra isə başına iş açmamaq üçün özünü görməməzliyə vuraraq gedir. Bir az gedib dayanır ürəyinə bir hiss girir. Siz buna vicdan deyin mən qorxu deyim.  Geri qayıdır öz paltarını ona geyindirir və evinə gətirir. Əsərin sonunda tapdığı lüt kişinin Allah tərəfindən insanların nə ilə, necə yaşadığını görmək üçün cəzalandırılaraq dünyaya göndərilmiş bir mələk olduğunu bilir. Kişi elə bilir ki, vicdanın səsini dinləyib onu orda, soyuqda qoymayıb sonda amma Tolstoy dolayı yolla qorxu olduğunu, ölüm qorxusu olduğunu bildirir. Çünki əgər o kişi mələyi xilas etməsəydi insanın özü öləcəkdi. O lüt kişi yəni mələk insanı ölümlə cəzalandıracaqdı. Allahın əmrini o lüt mələk icra edəcəkdi.

Yəni ki, razılaşaq vicdan dediyiniz hiss qorxudur əslində.

Bu bəzən səhv etməkdən qorxmaqdır bəzən isə Allahdan (hərənin öz allahı var) qorxmaqdır.

Siz hansısa bir əməli etmirsiz buna deyirsiz ki, vicdanım icazə vermədi mənə.

İstədiyinizin qarşısında bir böyük maneə yaradırsız.

Maneənin səbəbkarı da əslində özünüz bilavasitə beyninizdir.

Beyin hər zaman axı insana nəyin lazım olduğunu deyə bilməz.

İnsana müəyyən zamanlarda itaət edəcəyi bir Allah da lazımdır.

Siz o Allaha, Tanrı, GOD, İsa, Zevs, Şirvin, Əli deyin mən sevdiyim insan deyim.

Ancaq toplananların yerini dəyişdikdə cəm dəyişmir.

Nəyəsə itaət etməlidir insan. İnsan azad ola bilmir. İnsanın daxilində azadlıq yoxdur. Azadlıq ancaq içki, narkotik və affekt hallarında olur. Yerdə qalan zamanlarda azadlıq yoxdur varsa da nisbidir.

İnsan istəkləri ilə azaddır bir həddə qədər.

Bu həddləri hər birimiz bilirik.

Bəzilərimiz daha yaxşı bilirik.

Bəzilərimiz isə öz az olan azadlığını sərhədləyir.

Bu hal da isə vicdan və qorxu məsələsi işə düşür.

Mən yenə də köhnə yazımda bildirdiyim fikrə qayıdaraq deyirəm ki, heç bir istəklərinizi içinizdə saxlamayın. Ürəyiniz nə deyirsə onun üçün gedib. Sona qədər gedin, biabır olmaqdan, pərt olmaqdan qorxmadan gedin.

Nə zamansa peşman olmaq istəmirsinizsə istəyinizi müxtəlif adlarla adlandırmayıb üzərinə gedin.

Yoxsa sonra bir siqaret yandırıb niyə etmədiyinizi düşünəcəksiz.

Mən öz ətrafımda belə edən çox dostumu görmüşəm, görürəm də ancaq heç istəmərəm ki, hansısa dostum istədiyini stoplayaraq sonra da peşmançılıq çəksin.

Bu gün mən xoşbəxtəm. Sevdiyim insan yanımdadır, Dostlarım var, sevdiyim işlə məşğul olmaq üçün, istəklərimi əldə etmək üçün gecə-gündüz  var gücümlə çalışıram.

Bütün bunlar onun səbəbidir ki, mən istəklərimi stoplamadan onları əldə etmək üçün vuruşmuşam. Çox uduzmuşam ancaq qələbələrim də az olmayıb.

Yəni ki, dostlar belə bir yazıdır.

Mənə sual versəz ki, kim deyib bu fikri sənə inanın ki, cavabı deyə bilməyəcəm çünki heç özüm də bilmirəm ki, kim deyib mənə bu fikri bəlkə yatıb yuxuda görmüşəm. Bəlkə elə öz fikrimdir ancaq hər halda dəqiq bilmirəm.

Dəqiq bilirəm , hər şey yaxşı olacaq.

Hamıya uğurlar.

Etibar Salmanlı(Etibarlı)

Ps. Son dövrlər bu fikri sevirəm.

Az qalıb, ən gözəl yağışlar Bakıya da yağacaq ancaq onda mən Bakıda olmayacağam…

Xüsusi yazı
zess

Zevsin cavab məktubu


zeussBu yaxınlarda Allahlar Allahı, İldirimların oğlu, Zevsə iki məktub ünvanlamışdım.

OXU : LİNK-1 , LİNK-2 

İki məktub və aradan keçən zamanlarda düşünürdüm ki, Uca Zevs mənə cavab verməyəcək. Ancaq dünən emailimi açanda əvvəlcə monitorda ildirım çaxdı və bayırda şıdırğı yağış yağmağa başladı. Bu an isə fikir verdim ki, ildirimoqluzevs@allahmifleri.org emailindən bir məktub gəlib. Həddən artıq sevindim. Məktubu açıb birnəfəsə 4-5 dəfə oxudum.

Sonra düşündüm ki, sizinlə də bu xoş məktubu paylaşmalıyam.  Oxumağa davam et

Xüsusi yazı
zeus

Zevsə məktub (II məktub)


Bu yaxınlarda Allahlar Allahı Uca Zevsə məktub yazmışdım. (OXU LİNK)

Zevs məktuba cavab yazmadı yəqin başı qarışıqdır. Anlayıram, başa düşürəm mən onu.

Odur ki, ikinci məktubu yazmağı qərarlaşdırdım.

Oxumağa davam et

Xüsusi yazı
zevs1

Letter to Zeus


zevs2Dear, Zeus.

How are you?

Are you fine?

Is it cold there? I think it”s cold.

Sorry, i have many lessons and work i haven”t got enough time to write a letter to you.

I know you don’t haven time too. Today is the first day of  October. Autumn also came. it means Your work starts. Again rain and lightnings tell me you have started your job.

When will your work end?

Come to my house, i missed you. Come, lets prepare some meals and we must drink.

We must drink and speak to each other about what we have done during last 6 months.

Take care of yourself.

See you soon.

Etibar Salmanli (Etibarli)

Xüsusi yazı
soljenitsin

İvan Denisoviçin bir günü və seçdiklərim…


İvan denisoviçin bir günü

(c) Haji Hajiyev

Fikir sexi deyəndə yəqin ki, çoxunuzun ağlına gic-gic fikirlər gəlir. Ancaq mən onu da bilirəm çoxu da Fikir sexi deyəndə Azərbaycan kitab bazarının inkişafına təkan vermiş bir kitabı da yadına salır. Fikir Sexi kitabı hətta öz tərcüməçilərini də satış rəqəmləri ilə təəcübləndirmiş bir kitabdır. 4-5 günə 350-400 dənə satan kitabdı.

Bu yaxınlarda düşünürdüm ki, nə əcəb uşaqlar bu uğurlu adı bir nəşriyyat adına çevirib kitab çap eləmirlər.

Mən bu fikirlərlə yaşayarkən “Fikir Sexinin uşaqları” növbəti kitablarını çap etdilər.

Çap əsnasında düşünürdüm ki, görəsən bu kitab da uğurlu alınacaqmı?

Uzun sözün qısası “İvan Denisoviçin bir günü” kitabı çapdan çıxdı və mən də kitabı əldə edib  oxumağa başladım.

Kitab haqqında çox şey yaza bilmərəm çünki bu kitabı oxumağınız lazımdır.

O qədər reallıqla yazıçı hadisələri təsvir edib ki, insan avtomatik şəkildə gözünün qarşısına dustaqların həyatını, həbs düşərgəsini, yeməkxananı, hətta yeməyin iyini belə hiss edirsən.

Kitab adamı reallıqdan çıxaraq o zamana o həbs düşərgəsinə aparır.

Bir insanın hisslərini bu qədər gözəlliklə təsvir etmək mümkünsüzə yaxın bir işdir.

Ancaq “İvan Denisoviçin bir günü” əsərində Aleksandr Soljinitsın bunu bacarıb.

Ancaq bəzi tənqidlərim də var. Tərcümə mükəməllə yaxındır ancaq mükəmməl deyil.

Redaktor bəzi sözləri yenidən dirildib.

Cəmi bir nümunə verəcəyəm. Türmə leksikonunda “şmon” sözü var. Onu “taraş” kimi istifadə eləmək mənə bir balaca gülünc gəldi. Düzdür redaktor buna ön sözdə fikrini bildirib. Mən isə düşünürəm ki, bəzi sözlər var ki, onlara ya əl vurmamalısan ya da bütün sözləri dəyişməlisən “BUR” sözünü saxlayıb “şmon”u dəyişmək lazımsız idi.

Qısası hamınıza bu kitabı əldə edib oxumağınızı, anlamanızı şiddətlə tövsiyə edirəm.

Bu kitabı İçərişəhər metrosunda oturub oxuyurdum. Bir xala mənə yaxınlaşıb dedi ki ” Soljenitsını oxuyursan?” sualını verdi. Bəli deyərək kitabımı oxumağa davam etdim. Xala isə 1-2 dəqiqə dayanaraq “Aleksandr Soljenitsın Amerikada yaşayarkən təpə idi, Rusiyaya gələndən sonra isə dağ oldu” dedi və qatara minərək getdi…

Mütləq nələrisə öyrənəcəksiz.

İndi isə sizə kitabdan seçdiyim fikirləri təqdim edəcəyəm.

Kitabdan seçdiklərim : 

İVAN DENİSOVİÇİN BİR GÜNÜ              (Aleksandr Soljenitsın)

Uşaqlar, burda qanun tayqadır. Amma insan olmaq burda da mümkündür. Düşərgədə, bilirsiz, kimlər məhv olur? Qab dibi yalayanlar, ümidini sanitar məntəqəsinə bağlayanlar, bir də kirvəyə (xüsusi məsuliyyətli nəzarətçi – A.S.) xəbərçilik eləyənlər… (səh 8,s.10-15)

Dustaqlar valenkalarını qarda cırıldada- cırıldada tez öz iş-güclərinə qaçırdılar – kimi ayaqyoluna, kimi əl damlarına, kimi dustaqlara göndərilən bağlamaların yığıldığı anbara, kimi də xüsusi mətbxə. Hamısı başlarını çiyinlərinə qısmışdı, buşlatların qabağı bərk- bərk bağlı idi- onları indi şaxtadan çox, bütün günü şaxtalı havada işləməli olacaqları fikri üşüdürdü. ( səh 12, s.16-23)
İş odun kimi bir şeydi, iki ucu var- adamlar üçün edirsənsə, keyfiyyətli et, rəhbərlik üçündürsə, özünü gözə sox. Yoxsa məlum məsələdir ki, adamın canı çıxar. (səh 16, s.11-13)

O tərəfdə, hələ qaşığını kasanın içinə salmamış cavan oğlan xaç çəkdi. Benderdir, özü də cavanlarından, qoca benderlər düşərgə həyatında xaç çəkməyi yadırğayırlar. Ruslar isə xaçı hansı əllə çevirmək lazım olduğunu da unudublar. (səh 17, s.4-8)

Yuxunu nəzərə almasaq, dustağın özü üçün yaşadığı vaxt səhər yeməyi yedikləri on, nahar etdikləri beş, bir də şam zamanındakı beş dəqiqə idi. (səh 18, s.10-13)

Deyir, xəstəliyin ən yaxşı dərmanı işdir. (səh 22, s.29-30)

Şuxov daha heç nə demədi, başını da tərpətmədən papağını geyinib çıxdı. İsti otaqda oturan adam titrədənin halını hardan bilsin? (səh 23, s.25-27)

Şuxov da çoxdan bilirdi ki, dürüst çəkən adam çörək doğranan yerdə çox qala bilməz. Kəsir bütün paylarda olurdu- məsələ o kəsirin azlığında çoxluğundaydı. (səh 25, s.1-4)

Bunlar səhərlər dustaqları karserə salmağı xoşlamırlar: bir dustaq bir işçi qüvvəsidir. Qoy gündüz işə can qoysun, BUR qaçmır ki, (səh33, s.3-5)

Ən qorxulu şaxta səhərlər olur! – ikinci ranqlı kapitan dedi.  –Çünki bu, gecə soyuğunun axırıncı mərhələsidir. (səh 34, s.24-25)

…İnsanların əsas yollarını bağlayıblar, amma onlar da özlərini itirmir: dolayı yolla gedirlər, başlarını da salamat saxlayırlar. (səh 39, s.14-16)

Şuxov isə düz qırx ildir bu dünyada baş girləyir, dişlərinin yarısı yoxdur, başının tükü tökülüb, amma heç vaxt heç kimə nə bir qəpik haram verib, nə də alıb, düşərgədə də belə şeyləri öyrənə bilmədi.

Asan qazancın elə bir dəyəri olmur, adam pul qazandığını hiss eləmir. Qocalar düz deyirdilər: haqqını axıra qədər vermədiyin şeyi mənzil başına aparıb çıxara bilməzsən. (səh 39, s.22-28)

On nəfər seçilmiş dustaq öz məhkum qardaşlarını itdən pis qovalayır. (səh 41, s.32-33)

Amma dustaqlar yenə də boran istəyir –  allaha yalvarırlar. Külək bir az bərk əsəndə dustaqlar göyə baxıb qışqırırlar: ya allah, bir material yetir! Ya allah, bir material yetir! Yəni, qar yağdır. (səh 46, s.27-30)

Döyülmüş itə çomağın ucunu göstərmək bəsdir. Şaxta qəddardır, amma briqadir daha zalımdır. (səh53, s.11-12)

Bir soruşan lazımdır ki, bu faizlər kimin üçündür? Düşərgə üçün. Düşərgə tikintisinin hesabına artıq min qazanacaq, öz leytenantlarına mükafat yazacaq. Volkovaya mükafat verəcəklər – dustaqları şallaqladığına görə. Dustağa da axşama iki yüz qram artıq çörək. İki yüz qram ölüm- qalım məsələsidir. İki yüz qramla Belomorkanal tikilib. (səh53, s.25-31)

Kapitan düşərgə həyatına da dənizçilik kimi baxır: əmr verilibsə, deməli, etməlisən! Son aylar arıqlayıb əldən düşsə də, kapitan hələ də qoşqunu darta bilirdi. (səh55, s.30-32)

Kapitan xərəyi götürüb çıxdı, amma Şuxov onsuz da mübahisə etmək fikrində deyildi. Yəni günəş də indi bunların dekretinə tabe olur? (səh57, s.19-21)

Şuxov cavanlığında atlara nə qədər arpa yedirtmişdi – ağlına da gəlməzdi ki, nə vaxtsa bir ovuc arpadan ötrü içi göynəyəcək! (səh 64, s.25-27)

“Ey yaradan, sən varsan. Gec vurursan, güc vurursan”. (səh 74, s.2-3)

Heç kim zəng çalınan kimi çıxmır, dəli deyillər ki, şaxtada gözləsinlər? Hamı istidə daldalanır. Amma vaxt çatır, briqadirlər razılığa gəlir və bütün dustaqlar eyni vaxtda çıxır. Vaxtı danışmasalar, bu dustaqlar elə axmaq millətdir ki, bir- birinə baxıb, geceyarıya qədər istidə daldalanıb oturarlar. (səh 89, s.20-25)

İnsan həyatını üzünə də, astarına da çevirmək olar. (səh 101, s.31)

İndi elə sanitar otağının qəbul vaxtı idi. Şam eləməsə, çata bilər. Amma bu da var ki, elə bil titrəməsi keçib. Hərarəti də yoxdur. Boş yerə vaxt itirmək nəyə lazım?! Həkimsiz- filansız düzəldi. Buranın həkimləri adamı ancaq qəbirlə sağaldar. (səh 102, s.25-29)

Dustağın əsas düşməni kimdir? O biri dustaq. Dustaqların arasında söz- həkət olmasa, rəhbərliyin onlara gücü çatmazdı. (səh 105, s.10-12)

Bax, bu axşam sayında düşərgə darvazalarından içəri keçəndə dustaqlar həmişə külək döymüş halda, donmuş, ac olurdu, belə vaxtlarda susuzluqdan cadar- cadar olmuş səhra üçün yağış nə demək idisə, bir çömçə qaynar, dil-dodağı yandıran yavan, doydurmaz şorba da dustaq üçün o idi. Dustaq o şorbanı bir nəfəsə başına çəkər. Bir çömçə onun üçün azadlıqdan da, keçmişindən, gələcək həyatından da qiymətlidir. (səh 109, s. 3-10)

Bağlama alan dustaq, nəzarətçidən başlayaraq, nə qədər adama pay vernəlidir, verməlidir, verməlidir… (səh 110, s.24-26)

İndi, öz mədəsini bir azdan, dişlərini donuz piyin batıracağı, yağ yaxılmış çörək dişləyəcəyi, çay parçını bir qaşıq şəkərlə şirinləşdirəcəyi ümidi ilə ovunduran insanların arasında dayandığı vaxta Şuxovun bircə arzusu vardı: yeməkxanaya öz briqadası ilə birlikdə çatmaq, şorbasını qaynar- qaynar içmək. Soyuq içilən şorbanın yarı dəyəri də qalmırdı. (səh 111, s.21-27)

Siniləri verdilər. Pavlo özünün iki payını, Şuxov da öz iki payını qabaqlarına çəkdilər.  Daha heç bir söhbət olmadı – yemək yeyilən dəqiqələr müqəddəs dəqiqələrdir. (səh  121, s.19-21)

Şuxov eşitmişdi ki, bu qoca sovet hökuməti qurulandan həbsdədir, gəzmədiyi həbsxana, düşərgə qalmayıb, heç bir əfv fərmanına düşməyib, hər dəfə on ili qurtaranda belinə növbəti onilliyi qoyublar. Şuxov qocaya yaxından baxdı. Düşərgənin əydiyi bellər içində onun beli ən şuxu idi. Elə dik oturmuşdu ki, sanki altında oturacaqdan da başqa nəsə vardı. (səh 123, s.1-7)

…dua da ərizə kimidir, ya gedib çatmır, ya da rədd cavabı alıram. (səh 138, s.9-10)

Axı mənim Allahla bir işim yoxdur. Başa düşürsən, mən allaha ürəkdən inanıram. Amma bu cənnət- cəhənnəm məsələsinə inanmıram. Siz niyə bizi axmaq yerinə qoyub cənnət söz verirsiniz, cəhənnəmlə qorxudursunuz? Bax, mənim bundan xoşum gəlmir. (səh 139, s.24-28)

Nə qədər dua edirsən et, burdakı vaxtın azalmır. Axırıncı günə qədər yatmalısan. (səh140, s.1-2)

Azadlıq nəyinə lazımdır? Azadlıqda adamın olan- qalan imanı da əldən gedər! Sevin ki, zindandasan! Burda ruhun barədə düşünmək imkanın var! Həvari Pavel deyirdi : “ Niyə ağlayıb ürəyimi sıxırsınız? Mən nəinki məhbus olmaq, hətta İsanın adına ölməyə də hazıram!” (səh 140, s.4-8)

Həbs müddətinin əvvəlindən düz axırına kimi üç min altı yüz əlli üç belə gün vardı. Hər dörd ildə bir gün artan illərin ucbatından həbs müddəti üç gün artırdı… (səh 142, s.31-33)

Kitabı şəhərin bir çox kitab mağazalarından məsələn “YerAltı Book Cafe and Book Store”dan ala bilərsiz.

Kitabın tərcüməsi Günel Mövluda məxsusdur.

Hamınıza uğurlar.

Etibar Salmanlı (Etibarlı)

Ps. Yazıdan istifadə edərkən müəllifə xəbər və bloqa istinad vermək lazım və vacibdir.

Pss. Yazıda mənə etdiyi yardıma görə “Gunel Slunce”-a təşəkkür edirəm.

Xüsusi yazı
2013-book-list-1024x768

Mənim kitab siyahım


Bu barədə nə zamandır yazı yazmağı düşünürdüm. Sadəcə vaxt, zaman, məkan və ovqat anlayışlarına yazılması gecikib.

Ümumən hər kəsin bəyəndiyi kitablar, müəlliflər var.

Zövqlərin müxtəlifliyini nəzərə alaraq deyə bilərəm ki, bu siyahı da mənim zövqümə əsasən formalaşıb.

Məsələn mən dedektiv əsərləri oxumuram ümumiyyətlə dedektivi ciddi ədəbiyyat ümumiyyətlə heç ədəbiyyat saymıram. Nə olsun ki, Çingiz Abdullayevin Ali və Nino mağazalarında ən azı 2 kamaz kitabı var. Və yaxud Müşviq Xan gündə az qala bir kitab yazır. Lap olsun ki, ölkənin ən çox satıla “yazar”ları Varis və Elxan Elatlıdır.

Elxan Qaraqan da artıq o yolu getməyə başlayıb deyəsən.

Adlarını qeyd etdiyim insanlara hörmət edirəm ancaq yazdıqlarını boş, hava, vozdux sayıram.

İnternetdə axtarsaz bir çox yazarın kitab siyahısını tapa bilərsiz.

Hətta blogger dostum Elçin Mann (doktormann) öz bloqunda kitab siyahıları adlı bir post da paylaşıb. (OXU-LİNK)

Mənim kitab siyahım isə bunlardır.

  • Tolstoy – Kazaklar
  • Tolstoy – İnsan nə ilə yaşar
  • Tolstoy – Sergi ata
  • Orxan Pamuk – Masumiyyet muzeyi
  • Corc Oruel – 1984
  • Andrey Platonov – Can
  • Floubert – Madam Bovari
  • Joze Saramaqo – İsanın incili
  • Mopassan – Əziz dost
  • Mopassan – hekayələri
  • Conatan Svift – Qulliverin səyahətləri
  • Vladimir Nabukov – Lolita
  • Herman Hesse – Siddһаrtha
  • Dante – İlahi komediya
  • Cəfər Cabbarlı – hekayələri
  • Con Tolkins – Üzüklərin hökmdarı (3 cild)
  • Bernhard Şlink – Qiraətçi
  • Corc Oruel – Heyvan ferması (Heyvanıstan)
  • Xalid Hüseyni – Çərpələng uçuran
  • Xalid Hüseyni – Və dağlardan səda gəldi (2013)
  • Murat Sabunçu – Gazze
  • Batuhan Dedde – Çapulcu
  • Qurban Səid – Əli və Nino
  • Milan Kundera – Astagəllik
  • Jan Eşnoz – Royal arxasında
  • Viktor Hüqo – Səfillər
  • Zülfi Livanelli – Serenad
  • Mişima – Bir maskanın etirafları
  • Çak Palanik – Döyüş klubu 
  • Orxan Pamuk – Qar
  • Çarlez Dikkens – Böyük ümidlər
  • R. R. Martins – bütün kitabları…🙂

Ps. Bir qeyd edim ki, bu mənim şəxsi fikrimdir.

Hamıya uğurlar.

Etibar Salmanlı ( Etibarli )

Xüsusi yazı
3-1

Qlamurundan tutmuş qarakurtkalısına qədər…


Bir neçə gün əvvəl şəhərin mərkəzində gəzirdim.

Yeni açılmış Kaffka kafedən çıxmışdım düşünürdüm ki, bir az gəzim havamı dəyişim.

Şəhərin tam mərkəzinə doğru yolumu almışdım ki, Mc.Donaldsın yan tərəfində qarşımızda 4 nəfər şotland gördük. 4-ü də milli geyimlərində idilər.

Yalan deyəni o yupkalı şotlandlar zad eləsinlər mənim 1.81 m boyum və 85 kq “vesim” var ancaq o şotlandların ən balacası mənə sol göstərib sağ vursaydı cırığ-cırığ olardım.

Nəisə arxalarıyca şəhər gəzintimizə davam edirdik.

Hər keçdiyimiz “azərbaran” bu yupkalı kişilərə “öz milli dillərində” söz atırdılar.

Əslində azərbaycanlı adlı dünya tarixinə, mədəniyyətinə yamağ olan bu millətin bir çox ümumuyyətlə edəcəyi heç bir işə təəcüblənmirəm.

Bir az da addımlayıb köhnə Mexx mağazası tərəfə çatanda qarşımızda hətta bizlə paralel addımlayan iki qlamur qız gördük. Qızın biri ” Aaaazzzz onlara bax” deyərək o qədər güldü axırda öskürək tutdu. Digəri də bahalı mobil telefonunu ilə şotland kişiləri telefonun yaddaşına köçürürdü. Orda bu azərbaranların qlamurunun da, qarakurtkalısının da ağlı yoxdur fikri çıxdı ağzımdan. Əslində ürəyimdə isə bir-iki daha gözəl söyüş itələdim ətrafıma.

O şotlandlar da düşündülər ki, bunlar nə xiyar millətdir, bunların milli-mənəvi dəyərləri, mentalitetləri, geyimləri yoxdur görəsən?

Ancaq o yazıqlar hardan bilsin ki, baranlıq etmək bizim milli-mənəvi dəyərimizdir.

Milləti özümüzə güldürmək kimi ali bir missiya götürmüşük çiyinlərimizə…

Hamıya uğurlar

Etibar Salmanlı(Etibarlı)

Ps. Birdən deyərsiz ki, niyə söyürsən bu milləti, dövləti? Mən də cavab verərəm ki, mən bu milləti, dövləti sevdiyimə görə söyürəm!

Xüsusi yazı
yol

Yolun yarısı


yolBir dəfə Məqsəd və maraq adlı bir yazı yazmışdım. OXU(LİNK)

Hər zaman fərqli düşünmüşəm və ya elə düşünməyə çalışmışam. 

Yuxarıda qeyd etdiyim yazını Emin Milli oxuyub demişdi ki, hamı belə şeylər yazmalıdır.

Ancaq hamının bir şeyi yazması düşünməsi absurd bir şeydir.

Nəisə gələk əsas mövzumuza.

Son günlər əsasən eyni şeyləri müşahidə edirəm dostlarım tərəfindən edilən.

Həyatlarında ya yenilik etməyə çəkinirlər. Niyə çəkinirlər bax bu qələz məsələdir. Ailə, dostlar, yalançı ideallar, özündən qorxma və s və ilaxır.

Bunun ən əsası mənə elə gəlir özündən qorxmaqdır. Özünü yeniliyə və ya ürəyin istəyənə qadağa qoymaqdır. Ürəyin istəyəni beyin stoplaya bilər. Bu bərbad bir şeydir mənim düşüncəmdə. Buna yaxın bir misal var deyəsən türklər istifadə edir. “Vətən doğulduğum yer yox doyduğum yerdir.”

Mən bu ideal, fikir ilə irəliyə gedirəm. Qıraqdan kimsə gülə bilər ki, irəli nədir heç əvvəl olduğun yerdə də deyilsən geriləmisən. Bu subyektiv fikirdi. Obyektivini isə mən bilirəm.

Bu məsələyə bir-iki abzas sonra geri gələcəyəm.

Həyatımız yeniliklərə acdır, ehtiyacıdır həyatımızın yeniliklər.

Yeniliklərdən qorxmaq intihar etmək kimi bir şeydir.

İntihar o deyil ki, zəhər içəsən, damara lezva çəkəsən, dərman atasan, özünü maşın, qatar yoluna tullayasan, narkotiki dozadan çox istifadə edib yuxarıya “kayfda” gedəsən.

İntihar odur ki, istəklərini bloklayıb stoplayasan. Adını da qoyasan ki, olmur ya da ki, hər şeyi edirəm nəticə eynidir.

Yalan söhbətdir.

Edilən hər səhv və ya hər düz mütləq yeni nəisə öyrədir sənə. Əsas anlamaqdır.

Yeniliklərə gəldikdə isə mənə ən çox verilən sual odur ki, Bülbülə kimi bir yerdən necə çıxmısan sən. Niyə narkoman ən yaxşısı nəşəxor olmamısan. Suallar qəliz və çətindi ancaq biz görə-görə gəlirik.

Gördüklərimizdən nəticə çıxarırıq.

“Nəticə çıxarırıq” düz nəticəni çıxarırıq. Daha hər şey, hər kəs, hər olan eynidir deyib keçmirik. (Cəm halında yazmağı, danışmağı sevirəm)

Doğru nəticələrlə addımlayırıq. Səhvlər də var. Ancaq səhvsiz iş, insan olmaz. Hərəkətdə olan hər kəs səhv buraxır. Bu həyat oyunun bir qaydasıdır. Futbolun offside-i kimi.

Bu gün dayandığım nöqtədə çox dayana bilməyəcəm həyat mübarizədir, həyat inkişafdır.

Mübarizə, inkişaf doğru insanlarla olur. Doğru insanlar yanımdadırlar. Mən də onların yanındayam. Mən düşünürəm onların yanındayam, onlar da düşünür ki, mənim yanımdadırlar.

Kimlər bizi tərk edirlərsə buyura bilərlər. Gedənə yollar, qapılar açıq. Ancaq bizsiz.

Unutmuruq ki, yollar ölümə aparır. Bəlkə də bu sitatı sevdiyimdəndir ki, yolları çox sevirəm. Yolları gedirəm, şəkillərini çəkirəm. Niyə? Ona görə ki, o şəkillərə baxıb o yolları yadıma salıram.

Çox mücərrəd bir yazı yazdım deyəsən. Mən kiməm, biz kimik, kim qalır, kim gedir bu sualları düşünməyin mən də bilmirəm.

Sadəcə yazıdır da deyib keçin üstündən.

Nə edirsiz edin yolun yarısından qayıtmayın. Atalar səhv edib, qələt edib deyib ki, səhvin yarısından da qayıtmaq xeyirdir. Xeyir zad deyil məğlubiyyətin yekəsidir.

İstədiyinizi edin, qorxmayın, siz harda və kiminlə xoşbəxt olacaqsızsa orda, onunla olun!

Hamıya uğurlar öz yolunda…

Etibar Salmanlı(Etibarlı)

Xüsusi yazı
seymur2

3 söhbət


seymur baycan2 gündür Seymur Baycanın “Mənim mübarizəm” adlı yazılarından ibarət kitabını oxuyuram. Seymurun o kitabda yazılmış yazılarının 90 faizini oxumuş olsam da kitabdan oxumağın ayrı ləzzəti var. Məsələmiz amma o deyil.

Sizə 3 mövzudan bir yazı təqdim edirəm. Oxuyub qiymət vermək sizlikdir.

1- Bügün axşam tərəfi metroya tərəf gedirdim. 28 may metrosunu təmir etdikləri üçün Cəfər Cabbarlı stansiya/keçidindən istifadə edilir. Tağı müəllim yolumuzu yaman uzadıb metronun içində. Girişə 20 metr qalmış qəhvəyi şortik geyinmiş, uzunsaç bir qardaş gözümə dəydi. Yanında digər bir dostu ilə dayanıb söhbət edirdilər. Bu zaman keçid tərəfdən qol-boyun olmuş cütlük bu qardaşlara yaxınlaşırdılar. Hər ikisi qara şalvar, qara qısaqol mayka və “vyetnamka” şəpidləri ilə silahlanmışdılar. Şortikli uzunsaç qardaşlara çatanda isə bunlar “petuxdular” deyib keçdilər. Şortikli qardaşlar bir qram da fikir vermədilər bu iki “azərbaranlara”. Metronun içinə düşəndə isə bir dənə də eyni tip hadisəylə qarşılaşdım yenə də qol-boyun olmuş oğlanlardan ibarət cütlük başında FBİ kepkası olan çeçenka saç stilli bir qardaşa sataşdılar. Çeçenkalı stilli, FBİ kepkali qardaş isə tənbəllik etməyib bunları vurmaq istədi. Nəsə camaat ayırdılar. Yadıma Seymurun kitabında olan “Latentlər” yazısı düşdü. Dəhşətli yazıdır. Mən hətta o yazıya yazı yox güzgü deyərdim. O yazı bizim bakımızın güzgüsüdür. Ətrafınıza diqqət etsəz məhz görərsiz Seymurun yazdığını. Məsəl var ki, hamı görür amma onu hər adam yazmır. Mən o yazını cəmi 3 saat əvvəl işdə oxumuşdum… Oxumağa davam et

Xüsusi yazı
12

Vendetta maskasının tarixi – Foto/video


Son dövlər “V for Vendetta” filminin məşhurlaşması ilə birgə Vendetta maskası da məşhurlaşır. Bakıda baş tutan etiraz aksiyalarında da iştirakçıların bəziləri bu maskanı taxaraq aksiyaya gəlmişdilər.

Sonra isə Türkiyədə baş verən “Gezi Parkı Olaylarında”  aksiyaçıların mütləq əksəriyyəti Vendetta maskası ilə aksiyalarda iştirak edirdilər.

Maskanın tarixi təxminən 400 il əvvələ gedib çıxır. 5 noyabr 1605-ci ildə Guy Favkes İngiltərə Parlament binasına partladıcı maddələr yerləşdirmək istəyərkən kraliyyət mühafizə dəstəsi tərəfindən saxlanılır. Favkes və onun katolik tərəfdarları Kral I Jamesi öldürərək onun yerinə katolik bir kral gətirmək istəyirdilər. Ancaq kraliyyət mühafizə dəstəsi tərəfindən saxlanılaraq xalqın qarşısında edam edilir. Parlamenti partlatmaq aktı baş tutmadığından hər il noyabrın 5-i İngiltərədə “Partladıcı Günü” kimi qeyd edilir. 20-ci əsrdə isə hətta Favkesin kuklaları da yandırılırdı.

Günümüzdə isə 5 noyabr günü əsəsən əyləncə xarakterli qeyd edilir.

Üçbucaq formasında olan və kinayəli şəkildə gülən üz formasında olan maska əslində isə ilk dəfə 1982-ci ildə ekranlaşdırılan çizgi filmdə istifadə edilmişdir. V maskalı bir anarxistin faşist ingilis höküməti və onun əlaltısı olan mətbuatla mübarizəsindən bəhs edir.

Maskanın ancaq ümümbəşəri məşhurlaşmasında əsas rolu 2005-ci ildə Hollivudun “V For Vendetta” kitabı əsasında çəkdiyi “V For Vendetta” filmi oynadı.

Filmdə Nataliya Portman və Hüqo Veavinq baş rolları paylaşırdılar. Məhz bu filmdən sonra maskaların satışı bütün dünyada sürətlə artmağa başladı.

Maskalar dünyanın hər tərəfində müxalif düşərgələr V maskası ilə mitinqlər, aksiyalar təşkil etdi və maska hərəkatların simvoluna çevrildi. Əsas da son dövrlər Occupy (İşğal et) aksiyalarında iştirakçıların 90 faizi maskadan istifadə edirdi.

Maskalar hətta Ərəb baharı adlandırılan Şərq ölkələrində baş tutan inqilablar dövründə də istifadə edildi.

Dünyaca məşhur olan  Anonymous qrupunun da rəsmi simvolu V maskasıdır.

Ən sonda isə Türkiyə, Gezi hadisələrində V maskası həddən artıq çox gözə dəydi. Buna qədər istifadə edilsə də heç bir aksiyada Gezi aksiyasında olan qədər çox istifadə edilməmişdi. Gənclər əsas da qadınların üzündə gülümsəyən V var idi. O qədər çox tələb var idi ki, Gezi parkında səyyar satıcılar V maskaları satmağa başladılar.

Maskalar hazırda Braziliyada baş verən etiraz aksiyasında V maskası yenidən meydanlardakı insanların üzü oldu.

V maskası Azərbaycanda isə bir sıra aksiyalarda və video roliklərdə istifadə edilib.

V  – nin ilk mesajı

V turnikdə

Materiallar özüm tərəfindən internetdən götürülüb tərcümə edilmişdir. 

İstifadə edilərkən bloqun linkindən istifadə edilməsi labüddür!

Etibar Salmanlı (Etibarlı)

Xüsusi yazı
Etibar Salmanlı

İki armud ağacı…


1988-ci illər Azərbaycan xalqı Topxana meşəsində qırılmış iki armud ağacına görə meydanları doldurub. Şüarlar, səsləndirilir, gecələr meydanda gecələyirlər. Sonra nə oldu? Heçnə enerjilərini bitirib getdilər yatmağa. O yatan yatıblar 2013-dür hələ də yatırlar. Oyananlar isə çoxlugla münasibətdə ardıcıl məğlubiyyətlərə düçar olur. İndi isə türklər qalxıblar. Gezi Parkında kəsilmiş iki ağaca görə meydanlar dolub, daşır. Orda kəsilmiş və ya kəsilmək istənən ağac armuddur ya yox bilmirəm.  Ancaq bilirəm ki, məsələnin başlanğıc nöqtəsi 2 ağacdır.

Gezi parkındakı “dirəniş” 10cu gününü də keçdi. Toqquşmalar əvvəlki kimi ağır olmasa da davam edir. Xalq istədiyini almaq istəyir. Başbakanları  da dirənir. Deyir ki, yesənizdə xiyardır, yeməsənizdə.

Toqquşmaların ən ağır günlərində başbakanları ərəb baharının başladığı ərəb ölkələrinə səfərə getdi. Bu da bir simvolikadır. Əski Osmanlı siyasətini Ərdoğan yenidən yaratmaq istəyir. Regionun ən güclüsü olmaq istəyir. İsrail ilə üzr məsələsi də bunun bir qolu idi.

Ərdoğan ərəb ölkələrindən bir bəyanat da verdi ki, məsələ düşündüyü kimi gedəcək. Sökülməli yerlər söküləcək. Plana hara düşübsə planın bir hissəsi olacaq.

Məsələ başqadır. Türk xalqları çox unutqan xalqdır. Ərdoğanın AKP-si Demirelin Demokrat partisindən sonra ölkə daxilində ən çox səs alan partiyadır. AKP xalqın yumşaq damarını tutub və necə lazımdırsa istifadə edir. Demokratiyanı “minib-çapır”.

İçki yasağı Gezi parkı hadisələrinin fitilini alovlandıran hadisədir. Bu yaxınlarda qonağımız olan türkiyəli yazar-jurnalist Ali Çimenin bir ifadəsi hadisələrlə əslində uyğunlaşır. Ali bəy deyirdi ki, Türkiyə üzdə müsəlmandır, içərisində içkiyə çox böyük bir düşkünlük var.

Gezi parkındakı iki ağacın kəsilmək istəməsi 10 günlük bir dirənişə gətirib çıxardıb. Bu günün sabahı var yaddan çıxacaq. Xalqa kömür paylayan Ərdoğan yenə qəhrəmanolacaq. Seçkilərdə az-maz səs itirəcək amma o həll edici olmayacaq.

Ps. Bu gün kitab mağazalarının birində “Erdoğan – Yeni Lider Doğuyor” kitabını gördüm və bu yazını yazmağa qərar verdim…

Mənbə : Stenoqram.com

Xüsusi yazı
esger

Təmizliyin imandan gəldiyi yerlər


Link

Son günlər əsas müzakirə edilən mövzu 30Aprel aksiyasına cəhddə həbs edilmiş 3 dostumuzun zorla yatdıqları kameranın tualetini təmizlədiyi anların şəkillərinin yayılması mövzusudur.

Əsgərlik, türmə və hərbi hospitallarda təxmini olaraq eyni ancaq yazılmamış qanunlar var.

O qanunlar heç bir sənəddə yazılmayıb ancaq insanların bir-birinə ötürdüyü hallarda inkişaf edir.

Dostlarımızı zorla təmizlik edərək şəkillərinin çəkilməsinin bir adı yoxdur. Hansısa bir təsiri də yoxdur o şəkillərin.

Hərkəs o həbs edilmiş trionu tanıyır və necə vicdanlı olduqlarına da hamı şahiddir.

Yazmaq istədiyim məsələ o deyil.

Mən hərbi xidməti Salyanda N saylı hərbi hissədə çəkmişəm. Borcumu orda vermişəm dövlətə. Borc demək mümkündürsə əgər.

Xidmət etdiyim hərbi hissə həddən artıq “bardaq” və “dedovşina”-nın olduğu bir yer idi.

Sadəcə biz orda gedəndə hərbi hissədə 30 əsgər qalmışdı və bizim “iyul prizivi” 130 nəfərdən çox idi hamısı da Bakı uşaqları.

Ona görə “dedovşina”-nı bizə tətbiq edə bilmədilər. Əsas səbəblərdən biri də o idi ki, biz hərbi hissənin “köhnə” əsgərlərindən ən azı 4 yaş böyük idik.

Bizim hərbi hissədə bir sıra fərqli yazılmamış qanunlar var idi. Tualeti , hamamı yumaq, həbsdə olarkən (haupvaxt) yemək yemək, ictimai işləri görmək, hospitalda naryada çıxmaq, yemək yemək, ictimai işləri görmək, hərbi hissə daxilində çavuşların fərqləndirici rəmzləri taxması və s. qadağan idi .

Bu qanunlara tamamilə hamı riayət edirdi biz qulluq etdiyimiz müddətdə. Tualeti, hamamı yuyan bir neçə nəfər var idi hətta bir müddət Salyan şəhərindən pul ilə xidmətçi də tutuldu ki, hamam-tualeti yusun.

Dəfələrlə tualet yumaq üstündə ciddi davalar, toqquşmalar da oldu prizivlər arasında. Məsələ o idi ki, ya kimsə yumalı idi ya da yuyulma üçün xidmətçinin haqqını verməli idi.

Tualete, hamama təmizliyi qoruyun tipli nə qədər plakat yazdıqsa da xeyri olmadı. Sonda ABS yazısı (ana-bacı söyüşü) yazandan sonra az-maz təmizliyə riayət edildi.

Bakıya gəlməyə 59 günüm qalmış hərbi hissə komandiri ilə söz güləşdirməyimin sonunda 5 sutka həbs (haupvaxt) aldım. Sözün düzü 11 il idi ki, bizim hərbi hissədən heç kim həbs cəzası almırdı. Ancaq mənə nəsib oldu o cəzanı görmək o zaman. Bütün hərbi hissə şokda idi bu hadisəylə bağlı.

Nəisə mayorumuzun maşını ilə Lənkərana getdik və sağ olsunlar 15 dəqiqənin içində bütün işləri həll edib tək adamlıq kamera ilə tanış etdilər məni. 4 günü siqaretsiz, yeməksiz (ancaq adi bir fal çörək yeməyə icazə var idi yazılmamış qanunlara görə), ictimai işlərə onsuz da dəvət etmirdilər (54 günü qalmış “dembel” “çavuş” ilə heçkimin işi olmurdu) . Ancaq 4cü günün axşam düzülüşündə bir leytinant gələrək mənim familiyamı soruşdu və bu gün üçün təmizlik işinin hamısını mənim görməyimi tapşırdı. Həbsə düşdüyüm səbəb əmri icra etməmə idi. İndi yeni bir əmr gəlirdi və mən yazılmamış qanunlara görə onu etməyəcəkdim. Etsəydim 4 gün ac qalmazdım həbsdə. Nəisə zabitin əmrinə oldu deyərək nə etməli olduğumu düşünürdüm. Tualetin yaxınlığına gedib dayandım və geriyə qayıtmaq istəyəndə Daxili Qoşunların həbsdə olan əsgəri mənə yaxınlaşaraq kameraya getməyimi , tualeti özləri təmizləyəcəklərini bildirdilər. Hətta dedilər ki, “Tualet yumaq bizdə padlo” deyil sən get kamerana. 

Mən də yavaş addımlarla qayıdıb kameraya girdim və həbs müddətimi bitirib hərbi hissəyə qayıtdım. Nəzarət-buraxılış məntəqəsindən içəri daxil olanda dostlarımla görüşdüm. Onların ilk sözü bu oldu ki, tualet təmizləmədiyini bilirik, lənkərandan sən gəlmədən xəbərin gəlib ancaq o vəziyyətdə təmizləsəydin belə sənə “bir itin oğlu” artıq-əskik söz deməyəcəkdi. Əsas sənin ailənin, valideynlərinin yanına qayıtmaqdır daha yazılmamış o boş-boş qanunlar yox.

Nəisə boş-boş hərbi xatirələrlə beyninizi zorlamayım. Bilirəm hərbidə olanlardan başqa heçkimə maraqlı deyil bu söhbətlər. Bəlkə də maraqlıdır…

Sonda yenə deyirəm ki, dostlarımıza qarşı atılan o addım bunların nə qədər zəif, qorxaq, tərbiyəsiz və axmaq təfəkkürlü olduğunun sübutudur.

Hamıya uğurlar.

Etibar Salmanlı (Etibarlı)

Xüsusi yazı
YerAltı Logo

Yol qeydləri


yeraltigenceƏslində Bakıdan çıxıb Gəncəyə gələrkən hər zaman olduğu kimi bir səyahət planlayırdım. Son illər artıq yollara öyrəşmişəm. Şair yaxşı deyib : yol özü də bir vətəndir.

Elə o ifadəni facebookda status yazaraq “dördfara” ilə Gəncə səfərimə başladım.

Planlamışdım ki, yolda Orxan atanın verdiyi Tolstoyun Hacı Muradını oxuyaram. Ancaq mənim saydığımı fələk saymadı. Bir kubinka/masasır uşağı, bir dənə də şəmkirli xalça alverində çalışan dostumuz yol boyu şən söhbətləri ilə imkan vermədilər ki, tolstoyun tərifli hacı muradını oxuyum. Arada qulaqcığımı qulaqlarıma daxil edəndə də dostlar “Qardaş bu söhbətə sən də kurs olmalısan, özün də oxumuş adamsan.” Hər halda anlamadım ki, İST Telmanın oğlanbaz olub olmaması barədə debatda hansısa tərəgi müdafiə etmək üçün hansı universiteti bitirmək lazımdır. Oxumağa davam et

Xüsusi yazı
azerbaijan

Hadisələrə baxış


Əslində bloq yazısı yazmağa vaxtımız yoxdur deyə yazmırıq bəhanə gətirənlər səmimi deyillər və yalan danışırlar. Vaxtı zəhətdən boluq. İmkanımız da var. Sadəcə tənbəllik edirik.

Bir bloq yazısının yazılması elədə böyük əziyyət lazım deyil.

Bloqun admin panelinə daxil olursan başlayırsan yazmağa.

Mövzu yoxdur ? Yox mən burda razılaşa bilmərəm çünki mövzu bolluğu var hazırda azərbaycanda.

Əvvəl 1-2 maximum 3 mövzu olurdu və 100-lərlə blogger dayanmadan yazırdı.

Bloqunda yazırdı , Tvitterində yazırdı, Facebookunda yazırdı.

İndi isə deyirlər ki, mövzu var ancaq tvitterimizdə yazırıq.

Nəisə onlara inanmıram boş söhbətdir tvitter falan.

Son günlərimizin ən maraqlı hadisələrini toplayıram özüm üçün bir bloqpostun içinə. Bloquma 3 həftədir yazı yazmıram məhz o səbəbdən yazı biraz böyük olacaq.

İnanıram son həftələrin hadisələrinə mənim baxışım bloqumun izləyiciləri üçün maraqlıdır.

nida3

Rəşad Həsənov, Məhəmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu

Mənim üçün ilk olaraq şok effekti yaradan , məni şok edən hadisələrin ən birincisi 3 N!daçının həbsi oldu. Şahin Novruzlu, Məhəmməd Əzizov, Bəxtiyar Quliyevin həbs edilməsini sms ilə mənə bildirəndə metroda idim və evə gedirdim. Xəbəri alanda bir neçə dəqiqə təəcüblə facebook statuslarını izlədim. Hüquq-mühafizə orqanlarının “kayfda” olmasının sübutu idi Nidaçı Trionun həbsi və həbs səbəbləri. Uşaqlar molotof atacaqlarmış , yox bir fil qovurması. Sonradan Həbib Müntəzirin kanalından AZTV-dən verilmiş reportyajı da izlədim. Bu ölkədə necə çevriliş, inqilab etmək olar sualı haqqında bütün cavablar o video faylda var. Əgər o üç nidaçı molotov hazırlayıb 10 martda atacaqdırlarsa mən də kosmonavtam.

resad iki

Rəşad Hüseynov (c) Mehman Hüseynov

Ardından daha bir N!daçı həbsi xəbərini eşitdik. Ölkənin ən perspektivli gənclərindən biri bəlkə də birincilərdən olan Rəşad Həsənovun həbsinə normal bir söz deyə bilmirəm mən. Rəşadı həbs etmək özünü ən axırıncı yola qoymaq kimi bir zaddır. Məğroc müəllimi həbs etmək hansı “ağıllı”nın olmayan ağlına gəlibsə qəliz söhbətdir. Bu hakimiyyətin bütün gənclərini Seymurundan, Hacıbəyindən Fəridinə qədər, ATGT-sindən olan hamını yığsan Rəşadın atılan dırnağına dəyməz.

resad

Rəşad Həsənov (c) Mehman Hüseynov

Məni pafoslu danışmaqda mühakimə etməyin. Rəşadın ayaq dırnağının bildiyini hakimiyyət gənclərinin başı bilmir .Ancaq vəziyyət necədir? Rəşad Kürdəxanı həbsxanasındadır, hakimiyyətin yaltaq və sabunlu gəncləri isə kostumlarını geyinib, qalstuku bərk sıxaraq tədbirlərdə iştirak edirlər. Sabah- sabah haberleniyorlar, eyleniyorlar.

dasqin

Daşqın Məlikov

Sonuncu bir hadisə də həbs xəbəri haqqındadır. Sumqayıtdan da bir xəbər gəldi. Daşqın Məlikov həbs edildi. Sumqayıta 2011 də dəfələrlə səfərimiz olmuşdu. Cabbar Savalanlını saxta narkotik ittihamı ilə həbs etmişdilər. Dəfələrlə məhkəmələrə getmişdik. İndi yenə Sumqayıta yol görünür. Astma xəstəsini narkotiklə saxlayıblar. Əvvəlcə saxta pul tapıb aparmışdılar bölməyə ardından necə oldusa əlavə olaraq tiryək də tapdılar üstündən Daşqının. Daşqını aparıblar bölməyə elə o gün üzərindən saxta əskinaz çıxıb. bir gün saxlayıblar. Bir də axtarıblar üstünü bu dəfə də narkotik çıxıb. Bir-iki dəfə də axtarsaydılar zənginləşdirilmiş uran da çıxaqcaqdı Daşqının cibindən. Mən Daşqını tanımıram ancaq oxuduğum qədəri ilə qiymətli gənc olduğu görülür. Hər halda otağında kitablar, gitara məni belə düşünməyə vadar etdi.

Tendensiya yaranıb narkotiklə əsasən cəbhəçilər həbs edilir. Mirzə Sakit, Cabbar indi isə Daşqın. (kimin adını yazmadımsa inciməsin🙂 )

Hələlik bu qədər bəsdir.

Ps. Blogger dostlarımız nədən yazaq deyə sual versə buyursun bu mövzulardan yazsınlar.

Son günlər insan ölümləri, cinayətlər artıb.

Futbol üzrə baş məşqçimiz istefa vermir

Novruz xoş gedir artıq Azərbaycandan.

Batterfield4 oyunu haqqında vəs.

Pss. Mən növbəti yazım isə “YerAltı”ndan Kitablar – ın “Rebranding” – i haqqında olacaq.

Hamıya Uğurlar !

Etibar Salmanlı (Etibarlı)

Xüsusi yazı
azeredgdfgdfg

Azərbaycan reallıgları


Mən hər zaman demişəm bu gün də deyirəm ki, ən böyük günahkarlar bizik bu dünyada ki, Azərbaycan kimi bir ölkədə doğulmuşuq yaşayırıq.

Əslində bir tərəfdən qəhrəmanıq bu ölkədə yaşamaq qəhrəmanlıqdır özü də millisindən.

Əslində bu ölkədə yaşamaq mücahidlikdir. Cənnəti qazanmışıq dini baxımdan xırdalasaq.

Ateizm rakursundan isə çox rahatlıqla Azərbaycanlı Allahın yoxluğunu sübut, isbat edə bilər. Allah var deyənə bir kəlimə deyirsən ki, hardadır sənin Allahın? Niyə bu ölkənin bu günə salınmasına göz yumur? Varsa və göz yumursa mənə lazım deyil o Allah.

Nəisə.

Bu gün sizə yaxın iki gündə başıma gələn iki hadisəni yazacağam.

Birinci hadisə.

Dünən (03.03.13) Tbilisi prospektində olan Neptun supermarketindən çıxıb yolu keçmək istədim. Nəqliyyat nazirliyinin qarşısında olan piyada xəttinin üstündə dayanıb maşınların sürətini azaldıb mənə yol verməsini gözləyirdim. Hardasa 10 dəqiqə gözlədikdən sonra bir orta yaşlı qadın Lexus maşınını saxlayaraq qəza durma işıqlarını (averenni) yandırdı. Mən də tez yolu keçdim. Ancaq Lexussuusun arxasında olan sürücülər “Ay qanc*ğ sənə kim prava verib? , Sür dəə q*hbə, Ay sənin varyoxunu ” kimi Azərbaycan xalqının ən çox istifadə etdiyi sözləri ünvanladı mənə yol verən qadın sürücüyə. Ayrı vaxt ana-bacı dəyərlərindən dəm vuran saxta, ikiüzlü azərbaycanlılar kiminsə anası ya da bacısı olan qadına maximum 2 dəqiqəlik gecikməyə görə söyüş yağmuru yaşatdılar.

İkinci hadisə.

Bu gün (04.03.13) 28may metrosu ətrafında yerləşən bankların qarşısında dayanıb adam gözləyirdim. Saat hardasa 18-10 / 18-15 olardı. Yəni ki, iş vaxtı bitmişdi işçilər evə gedirdi. Elə bu vaxt bankın mühafizəsini təmin edən Mühafizə Polisi Alayının bir işçisi rəsmi polis formasında bankdan bayıra çıxdı, Toyota Ralf 4 – ü işə saldı. Düşündüm ki, ola bilər maşının matorunu qızdırır yəqin hansısa işçi üçün. Ardından maşının yük yerindən şüşələri silmək üçün əski çıxartdı və şüşələri sildi. Mən də 10 metr kənarda dayanıb izləyirdim prosesi. Ürəyimdə özümə dedim ki, kaş bu maşın bu polisinin şəxsi maşını olsun. Ümid ən son ölür deyiblər. Ancaq o ümid də öldü. Bir neçə dəqiqədən sonra bankdan cavan bir oğlan çıxdı və atası yaşda olan polisə çox sağ ol rəis deyib maşına əyləşdi və sürətlə uzaqlaşdı oralardan. Rəis isə qayıtdı gecə növbəsinə…

 

Yəni ki belə…

Hamıya Uğurlar .

Etibar Salmanlı ( Etibarlı)

Xüsusi yazı
sam

Ümummillinin ağı və qarası


” Xocalını ziyarət etmək istəyən Xocalıya gedər, Xətaiyə yox! “

Ölkəmizə aid silsiləvi yazıları davam etdirirəm

Tanıyanlar bilir ki, bir iki gündən başqa heç bir matəm və ya əksinə bayramları qeyd etmirəm.

Bu siyahıya Aşuradan tutmuş Xocalıya  qədər bütün növ ağladan və güldürən günlər daxildir.

31 dekabr, 11 fevral, 1 avqustdan başqa bütün günlər mənim üçün adi günlərdir.

Nəisə sözüm onda deyil. Oxumağa davam et

Xüsusi yazı
wtf

Uşaq və beşik… (Arqo yazı)


Bu yazımda açıq söyüşlər, vulqar ifadələrdən istifadə edilmişdir.  

Bildiyiniz kimi azaltdığım blogger fəaliyyətimi yenidən bərpa edərək beyninizi xarab edəcəyəm yazılarla.

Fikrimdə var ki, həftədə ən azı 3-4 yazı ilə sizi feyziyab edim bloqumda .

Nəisə mövzum o deyil.

Bu ölkədə niyə doğulmuşuq görəsən axı sualını inanıram ki, çoxu özünə verib. Bu sual “Lazım hardadır” sualı qədər aktualdır çoxumuz üçün. 

Bu ölkədə ürəyini açacaq , səni sevindirəcək, sabaha ümidini gücləndirəcək bir hadisə baş vermir.

Bu ölkədə sənin inkişafını dəstəkləyəcək heç bir layihəyə dəstək verməyəcəklər.

Bu ölkədə sən ancaq başını aşağı salıb 15-20 nəfərlik “kruq”da xoşbəxt ola bilərsən.

Bu ölkə sənin bütün arzularının içinə p*x qoyacaq qədər potensiala malikdir.

Mən əminliklə deyə bilərəm ki, hökümətin keçirdiyi ağıllı və uzaqgörən siyasət nəticəsində xalqın 90 faizi ciddi şəkildə savadsızlaşıb. Kim deyir ki, hökümət yarıtmazdır, işini bilmir, pul yığmaqdan başqa fikri yoxdur- səhv deyir. Hökümət nə etdiyini çox gözəl şəkildə bilir.

Hökümətin texnoloqları xalqın milli-mənəvi hisslərini, düşüncələrini, adət – ənənələrini, xalqa necə təsir etmək lazımdır, xalqı necə sakit eləmək olar, xalq necə öz haqqını tələb etməsin kimi zadları çox gözəl bilirlər. Özləridə Azərbaycan dilini, ədəbiyyatını çox əla bilirlər.

İnanmırsız? Balaca bir misal verim sizə .

Azərbaycan arqo sözlüyündə və xalqın dilində belə bir misal var :

“Uşağı beşikdə s*kərlər”

Deməyin ki, eşitməmişik. Eşitmisiz, eşitməmənizə mümkünatı yoxdur.

Biz balaca oğlan uşağına “dayının anasını söy” deyən xalqın nümayəndəliriyik.

Hökümət də bunu yaxşı bilir. Məhz o səbəbdən ölkə bataqlıqdan fərqli deyil.

Uşaqları elə beşikdən s*kirlər. Söhbət beyinin s*kilməsindən gedir. Beyinlər çox peşəkarcasına yuyulur, zorlanır, s*kilir. Çeçenka saç stili, emo , hostçu, wap.yataqda.biz saytı olur.

Biz(Mən) də deyirik ki, inqilab edəcəyik.

Biz(Mən) də deyirik ki, ölkə inkişaf edəcək.

Biz(Mən) də deyirik ki, xalq yaxşıdır rejim pisdir.

Ancaq cavab odur ki, s*xum sənin ağzına. Siz(Mən) heçnə edə bilməyəcəksiz.

Yox özüm ölüm xalq da, rejim bir bezin qırağıdır.

Bu xalqdır da, Əsgər Ölümlərinə Yox aksiyasında qadını (kiminsə anası ya da bacısı idi) polisin sürüməsini əlində semiçka ilə izləyirdi, gülürdü, ağılları olsaydı çıxmazdılar aksiyaya əcəb edir polis tutur, vurur deyənlərdir də.

Biz (Mən) bu xalqdan əlimi üzmüşəm. Gərək o zaman Elçibəy gedib fransadan 1-2 kamaz xalq gətirərdi. Bu xalqdan adam olardı ancaq bu xalqa çox böyük zərbələr dəydi. Elçibəy ölkəyə xoşbəxtlik gətirəcəkdi ancaq verdi 70 il zorlanmış zəif xalqı əjdahanın ağzına, əjdaha da şeyini verdi xalqın ağzına. O da sağ olsun yerdə uzanmış (uzadılmış) xalqı 20 ildi s*kir. Və bu xalqdan daha heçnə gözləməyin zorlanmış beyinlərin özünə gəlməsinə bizim ömrümüz çatmayacaq.

Bu xalqdan heçnə gözləmirəm.

Ama yox səhv dedim. Bu xalqdan mən “bic” (piç) uşaq gözləyirəm. Bu uşaq atasından xəbərsiz deyil. Atası bilirik kimdir. Ancaq yenə də “bic” (piç) – dir bu xalqın uşağı.

Zorlanmış, zorla s*kilmiş anadan doğulmuş uşaq necə olmalıdır ki ? Bilmirsiz ?

Çıxın şəhərə ətrafınıza baxın.

Cavab ordadır…

Bu ölkədən getmək lazımdır ən azından 3-5 il uzaqlaşmaq, buraları yada salmamaq lazımdır.

Mütləq getmək lazımdır yoxsa çönüb bunların tayı olacayıq.

5 gün gec, 5 gün tez…

Hər zaman bloq yazımın sonunda “Hamıya Uğurlar” deyirəm ancaq bu yazıdan uğurlar demirəm. Uğuru götürün soxun bir yerinizə. G*t daha münasibdir…

Etibar Salmanlı (Etibarlı)

Musiqiləri dinləyin feyziyab olub.

Xüsusi yazı
blogging

Niyə yazmırıq…


Mən son günlər  facebooku izləyirəm və müzakirələrdən o görünür ki, xalqımızı bloqosferin çöküşü maraqlandırır. Əslində müzakirələrin olması yaxşıdır. Göstərir ki, bloqosferə diqqət, maraq var

Turxan Qarışqa öz bloqunda bildirmişdi ki, bütün fikirlərini bloqda yox tvitterdə bildirəcək. Həm düz fikirdir həm də səhv.

Mən bu barədə çox düşünmüşəm. Mənə bloqumun girişi, paylaşılması, reklam edilməsi, bloqumun adının (Etibarlı) brendləşməsi vacib və lazım idi.  Oxumağa davam et

Xüsusi yazı
Kabinet

Müxalifətin kölgə kabinetini siyahısı


Bloguma dünən gecə “Etibarlı Mənbə”-dən 2013-cü ildə qurulacaq yeni hökümətin “Kölgə kabineti”nin siyahısı sızdırılıb. Mən də dəqiq, qərəzli, vicdanlı, təhqirsiz və mən nə bilim nə zadları özümdə  toplamış blogger olaraq onu blogumun izləyiciləri ilə paylaşmağı borc bildim. 

Düşünürəm ki, siz də oxuyub görəcəksiz ki, bizi nələr gözləyir. 

Bu siyahıda bəzi nazirliklər, müavinləri və sürücülər qeyd edilməyib. Onları sonradan bizim Etibarlı mənbəmiz yollayacaq. Bu siyahıda 20 ildir “Mən növbədəyəm” deyənlərdən başqa həmdə Binəqədi təcridxanasının yolunu su yolu etmiş gənclər də var.  Oxumağa davam et

Xüsusi yazı
1

No comment və ya 3 nöqtə söyüş…


Nəsə yazmaq istəyərdim. Uzun – uzun yazmaq , araşdırmaq istərdim.

Çürütmək istərdim hər şeyi.

Ancaq heç həvəsim, halım yoxdu.

İki gündür blog traininginə görə Gəncədə idim və kompyuterimin adaptoru yaddan çıxıb Bakıda qalmışdı. Məhz bu səbəbdən 2 sutka mobil telefonla hadisələri izlədim.

Heç bir videonu görməmişdim.

Bu gün baxdım və mitinqi dağıdanlar, əclaflıq, oğraşlıq edənlər üçün cəmi bir ifadə istifadə elədim  ancaq.

HAMINIZIN HÖRMƏT ELƏDİYİNİZ, DƏYƏR VERDİYİNİZ DƏYƏRİ, ÜNSÜRÜ, ELEMENTİ…

Hamıya Uğurlar!

Etibar Salmanlı (Etibarlı)

Ps. O qədər əsəbiyəm ki, o videoları bura yükləmək istəmirəm.

Xüsusi yazı
4

Oğuz eli tonqal qalayır.


3

İsmayıllı yanğısı

Əslində dünən düşünürdüm ki, bu gecə tez yataram. Elə ona da hazırlaşırdım. İsmayıllıda nələrinsə baş verməsi xəbərləri gələndə artıq oturub Bakıdan regionda baş verənləri izləməyə başladım.

Quba hadisəsi baş verəndə bütün Bakı hadisələri izləmişdi. Camaat icra başçısının söyüşlərindən sonra xalq ayağa qalxaraq başçının evini yandırmış və icra başçısını istefaya yollatdırmışdılar. Vəziyyət o qədər ciddi olmuşdu ki, Nəqliyyat naziri Qubaya gedərək ona tapşırılanları camaata nəql etmişdi. Polis nisbətən yumşaq müdaxilə etmişdi. 10 nəfərə yaxın adamı həbs etdilər.  Oxumağa davam et

Xüsusi yazı
armyyy

Hərbi foto


GencerulessBu fotonu görəndə yadıma 2008-2009 – cu illərdə olan hərbi xidmətimi və ya əsgərliyimi yadıma saldı . 1 il ərzində etdiklərimiz, hərbi hissəmizdə olan “bardak” , itin yiyəsini tanınaması, zabitlərlə içdiyimiz araqları, getdiyim icazəli və icazəsiz gəzintiləri, zabitlərin bir çoxunu vecimizə almamağımızı, dəfələrlə əmrin icra edilməməsini, 1 il ərzində bir dənə də olsun güllə atmamağımızı və s. Bunların elədə önəmi yoxdur.

Əsas şəkildir, hadisədir.

Şəkil sosial şəbəkələrdə yayılan  foto məndə bir sıra düşüncələr oyatdı.  Oxumağa davam et

Xüsusi yazı
213

Avtobuslarda xala problemi – III (AXP)


Avtobuslar, avtobuslardakı xalalar, onların “mədəniyyət”ləri , hərəkətləri, danışıqları haqqında gördüklərimi çox yazıram bloquma və ya hansısa digər saytlara. Ancaq yazmağın bir xeyri olmadığı ilə razılaşıram artıq.

Yazdıglarımız elə özümüz üçün qalır. Bizi oxuyan müəyyən qədər adam var onlar da bu yazdıglarımızı bilirlər.

Mənim ən sevdiyim mövzudur avtobusdakı Azərbaycan qadınının özünü necə aparması haqqında yazmaq.  Oxumağa davam et

Xüsusi yazı
dalay lama

Mənə şam verin!


Mayalıların peysər çıxmasına az qalıb…

Özüm ölüm deyirəm ki, bu mövzudan da yazmalı olduğuma görə bütün Azərbaycan xalqına təşəkkür edirəm, özümdən isə üzr istəyirəm. Bizim xalq çox seçmə xalqdır. Bizə oxşar birdənə ermənilərdir. Onlar da elə bizim günümüzdədirlər. Sarı gəlin, dolma, bozbaş, qarabağ, qəhrəman, balta, ramil səfərov, monte melkonyan vəs və ilaxır.

Dünyada doğulmağa o qədər ölkə olduğu halda biz burada doğulmuşuqsa nə edə bilərik. Yaşamalıyıq bir təhər.

Son günlərdə 21 dekabr söhbəti beynimizi xarab edib  sözün əsl mənasında.

Dəlinin biri quyuya daş atdı, min dənə ağıllı çıxara bilmədi məsələsidir.

21 dekabrda qaranlıq olacaq, mayalar elə deyib, dalay lama nəsə deyib vəs.  21 dekabrın da, mayanın da lap Dalay Lamanın da taaaa…)))

Bu söhbətə ən çox inanan isə bizim xalqımızdır deyəsən.  Avtobuslarda ən çox müzakirə edilən mövzu qaranlıq, 21 dekabr söhbətidir. Xalalar, bibilər artıq hazırlaşırlar o günə. Evlərə şamlar alınır, qaz balonların qazlarını doldururlar. Mürəbbə, peçenye, un falan tədarükü görülür. Hətta kənd evlərində qalanlar şəhərdə qalan qohumlarını o gün üçün dəvət edirlər.  Oxumağa davam et

Xüsusi yazı
Foto1

Analoqsuz ölkənin vətəndaşı


Son zamanlar ən çox müzakirə edilən sitatın müəllifi ümummilli liderin davamçısı, layiqli insan, zat-i ailələri, cənab prezident İlham Heydər oğlu, Əlirza nəvəsi Əliyevdir. Çox hörmətli prezidentimiz çıxışlarının birində : Azərbaycanın çox sürətlə inkişaf etdiyini, çoxlarının bizə bəlkə “bir az yavaşlayasız” məsləhətini verdiyini ancaq bizim dayanmaq kimi fikrimizin olmadığını – bildirdi.

Mən bir siravi azərbaycanlı olaraq ölkənin inkişaf etməsini istəyirəm. Ölkənin mənfisinə yazılan hər bir hərəkətə qarşıyam. Prezidentin dediyi “yavaşlamadan” inkişafın ən böyük dəstəkçisi də mənəm. Ancaq səmimi inkişafın, səmimi proqressin dəstəkçisiyəm.

Diqqətinizə çatdırıram səmimi inkişafın… Oxumağa davam et

Xüsusi yazı
etibarrr

Balaca, qırmızı paltarlı qız – HEKAYƏ


Doğulmamış qızıma həsr edirəm…
Adi günlərdən biriydi. O, hər zaman olduğu kimi universitet auditoriyasında, ən sonuncu sırada oturmuşdu. Birinci dərs fəlsəfə dərsiydi. Dərsdə zamanı Elmlər akademiyası metrosunun çıxışındakı qəzet köşkündən aldığı “Azadlıq” və “Futbol+” qəzetlərini oxumağa başladı. Müəllim anladı ki, onun fikri qəzetlərdədir, dərsə qulaq asmır. Və ona yaxınlaşıb, auditoriyanı tərk etməyi xahiş edəndə gənc etiraz etmədən, səssizcə qəzetlərini götürüb dəhlizə çıxdı. Dərsin bitməyinə isə bir saatdan çox vaxt var idi.
Xüsusi yazı
cehennemn

Cəhənnəm iztirabları…


Azad Gənclik Təşkilatı-nın belə bir  kitab çap edəcəyini eşidəndə çox sevinmişdim. Çünki son zamanlar hekayələr çox oxumağa başlamışdım. Ülvinin bu işdə bir çox tanınınmış yazı adamından məsləhət alacağını bilirdim.

Həqiqətən gözlədiyim də oldu. Kitabın elə ilk səhifəsində yazıldığı kimi “Cəhənnəm İztirabları” Azad Gənclik Təşkilatının Seymur Baycanla ortaq layihəsidir.

Seymurun  da elə belə işə qol qoymayacağını da dəqiq bildiyimdən tərəddüd eləmədən kitabı alıb oxumağa başladım. Oxumağa davam et

#Formula1 uchun yazilmish #status


Qramatik ve herf sehvlerine fikir vermeyin. Bu kateqoriyada facebookda, twitterde yazdigim fikirleri paylashacagam.

Baku_Street_Circuit

Neche gundur ‪#‎Formula1‬ ile bagli statuslari oxuyuram. Hami mutleq shekilde nese yazmagi ozune borc bilir. Amma ele deyil.
Formula 1 idman novu olaraq illerdi kechirilir ve bundan sonra da kecirilecek.
Isteyirse Azerbaycanda olsun isterse de hansisa bashqa bir olkede amma kechirilecek.
1950ci ilden kechirilen yarish boyuk ehtimalla uzun iller boyu da kechirilecek. Chunki bu yarish defelerle maddi sixintilar icherisine girse de davamli olaraq kechirildi.
Azerbaycandaki umumi veziyyeti, bize Formula1 yarishi lazimdir meselesin qoyuram bir kenara amma bu idman novunu tenqid elemek ozu de heyatinda formula1 in varligini ancaq Azerbaycan ev sahibi olmasiyla bilen adamlarin tenqid elemesi mene chox gulmeli gelir.
Bu yarish o qeder elit yarishdir ki, hetta 300 manata biletlerin satisha chixarilmasi bele gozlenilmezdir.
Chunki bu idman novunun azarkeshleri 300-500 manatliq azarkeshler deyil.
Men illerle bu yarishi tvden izlemishem ve planimda var ki, ya indianapolis ya da auistin yarishlarindan birini canli izleyecem.
Bu yarish ele siz dushunen kimi “vicuuu” edib kechen mashinlar deyil. Bu yarishin dehshetli tarixi dehsetli suruculeri olub.
Ayrton Senna, Fangio, Jackie Stewart, Niki Lauda, Shumaxer, Hakinnen, Raikonnen kimi fenonemal suruculeri olub bu yarishin.
Sistemi deyil de Formula1 i tenqid etmemishden qabaq birce achib Ayrton Sennanin heyati ve olumu haqqinda oxuyun onda goreceksiz ki, nece gozel ve nece maraqli felsefesi var bu yarishin.
Bu yarisha baxmaq uchun pul lazimdir pulun yoxdursa bu yarish sennik deyil tv-ni ach orda bax.
Illerle men seher 4-5 de olan yarishlari izlemek uchun geceni yatmamisham ki, yarishi qachiraram.
Umumen Formula1 “in Azerbaycana gelmesi gozel zad olsa da bu idman novu uchun bir tehqirdi. Amma ne etmek olar ki, Bernie Ecclestone adli bir korrupsioner qoca bu yarishi son illerde mehz ozu kimi korrupsioner rejimlere satir.
Evvelce Rusiya, Chin, Qatar ve Azerbaycan hokumetleri de razilashmaya gederek yarisha ev sahibliyi edirler.
Azerbaycan hokumeti g*tuyle duz divara da dirmashsa Baki hech vaxt Monako ola bilmez.

Ps. Bu barede dushunurem ki, bir yazi yazmaliyam sadece yazib harda chap edecem deye dushunende ele burda qisaca fikir bildirmek istedim.

Pss. Chox xahish edirem eger melumatli deyilsizse agziniza geleni yazmayin. Konullulerin teker qaraldmaq temasina men de gulurem amma inanin o tekere el vurmaq uchun camaat 4-5 il tehsil alir. Zarafat etmirem o qarajda ishleyen, teker deyishdiren, benzin vuran adamlarin iki siz agirliginda ali tehsili var. 🙂